
Elektron poçtları güdəcəklər
ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) məsləhətçisi Endrü Vayssman 2013-cü ildə iri internet xidmətlərin monitorinqini FTB üçün əsas prioritet adlandırıb. Mütəxəssis Amerika Hüquqşünaslar Assosiasiyasında bu cür bəyanatla çıxış edib. Endrü Vayssman bildirib ki, internet messencer və poçtdan istifadə edən cinayətkarları effektiv izləmək üçün hüquq-mühafizə orqanlarının əlində hüquqi baza yoxdur. ABŞ xüsusi xidmət orqanları məhkəmənin qərarına əsasən, istifadəçinin ...
Ətraflı oxuyun...
Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçirilib + Foto
19 Mart 2013-cü il tarixində, “Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində, Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda həyata keçirilən müsabiqəsinin final mərasimi keçirilib. “Hackathon Azerbaijan”dan “Marja”ya daxil olmuş məlumata görə, tədbirdə çıxış edən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Tural Məmmədov müsabiqənin keçirilmə ...
Ətraflı oxuyun...
“Apple” köhnə “Flash” versiyalarını “qara siyahı”ya salır
İstifadəçilər “Adobe” plaqinlərini yeniləməyə məcbur olurlar. Yeni təhlükəsizlik yenilənməsinə görə, “Apple”-ın “Safari” brauzeri istifadəçilərinin yenilənməmiş “Adobe Flash” proqram təminatından istifadə etməsi əngəllənəcək. Keçən həftənin sonlarında “Apple” tərəfindən yayımlanmış bu yenilənmə “Adobe”-un hakerlər tərəfindən istismar edilən iki “Flash Player” boşluğunu qapadığı eyni həftədə buraxılmışdır. Bu yenilənmə fevral ayının əvvəlində buraxılan başqa bir “Flash” yenilənməsi ilə də ...
Ətraflı oxuyun...
Javada daha bir boşluq aşkar edildi.
2013-ci ilin əvvəlindən Java muhiti Oracle şirkəti üçün baş ağrısına çevrilmişdi: Kritik boşluqları bağlamaq üçün son 2 ayda şirkət java üçün artıq 5 dəfə yenilənmələr buraxmışdılar. Buna baxmayaraq Javada olan problemlər yenə də həll olunmamışdır. Bu dəfə Javada hər hansı proqram və ya saytın əslinə zəmanət verən təhlükəsizlik açarlarının tam təsdiq olunmaması ile bağlı olan boşluqlar aşkar olunmuşdur. Ekspertlərin dediyinə görə Javanın ...
Ətraflı oxuyun...
Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək
Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan veb ...
Ətraflı oxuyun...
Bakıda ”webtəhsil” konfransı keçiriləcək
13 mart tarixində “Youth Network of Azerbaijan” Gənclər Təşkilatının təşkilatçılığı ilə Xəzər Universitetində “webtəhsil” konfransı keçiriləcək. “webtəhsil” konfransı Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək məqsədi ilə təşkil olunur. Təhsil sistemimizdə internet cüzi miqdarda istifadə olunur. Universitetlərimizdə və digər təhsil qurumlarında gənclərin internetdən istifadə imkanları arzu olunan qədər ...
Ətraflı oxuyun...
Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb
“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir. Xatırladaq ki, ötən ilin dekabrında bu göstərici 3,55 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 3,95 Mbit/s, Sumqayıt üzrə isə 2,87 Mbit/s təşkil edir. Nəticələr ...
Ətraflı oxuyun...
Klaviatura formasında kompüter hazırlanıb (ViDEO)
Çinin “FocusWill Information Technology” şirkəti klaviatura formasında “CoolShip” adlanan qeyri-adi kompüter hazırlayıb. Layihə üzərində işlərə 2011-ci ildən başlanılıb. Kompüter “Android” platformasında işləyir. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “CoolShip” kompüteri 104 düymədən ibarətdir. Kompüterdə, həmçinin sağ tərəfdə yerləşdirilmiş yığcam sensor panel və dinamik mövcuddur. Klavişlərin alt hissəsində 1,5 QHs takt tezlikli ikinüvəli ...
Ətraflı oxuyun...
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. “İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, 1 mart vəziyyətinə əsasən, “.az” domen zonasında artıq 17705 domen adı qeydiyyatdan keçib. Domenlərin böyük əksəriyyəti “.az” (15902) domeninin payına düşür. Həmçinin 686 ədəd “.com.az” domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı ...
Ətraflı oxuyun...
“Evlərə optika” layihəsinə start verilir
“Evlərə optika” layihəsinə start verilir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə “Baktelekom” abunəçiləri üçün son mill problemi – yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq. Baş mütəxəssis bildirib ki, layihə Rabitə və İnformasiya ...
Ətraflı oxuyun...