Windows-a Chrome yazmaq problemi (XƏTA: 0x8004071c)
Windows 7-də Google Chrome yazmaq istəyərkən əcaib errorla rastlaşdım. İnternetdə bir az qurdalandıqdan sonra məsələnin həllini tapdım. Sizinlə də paylaşım dedim 🙂 Deməli, Run -a daxil oluruq. Regedit yazıb Enteri basırıq. Windows XP: AuditInProgress in HKLM\System\Setup Windows Vista: ImageState in HKLM\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Setup\State Windows 7: ImageState in HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Setup\State İmageState -i Modify edirik. Verilən dəyəri silib, ok düyməsini tıklayırıq. İndi isə Google Chrome-u problemsiz yükləyib bilgisayarınıza quraşdıra bilərsiniz. Mənbə: Google Chrome Support
Ətraflı oxuyun...