Yeni yazılmış windows 8.1 təyin olmayan traffik ötürür
Salam dostlar,
Yeni yazılmış bir windows 8.1 üzərində olan hansısa bir proqram təminatın təyin olunmamış traffik ötürür və şəbəkədən yüklənmələr edir. Biz bunu cmd üzərindən netstat əmrini buraxmaqla görə bilərik. Traffik əsasən akamai servisinin İP lərinə yönəlir və leqal traffikdir. Əgər biz İP ləri fireüall üzərində bok etsək youtube, facebook, microsoft kimis aytlar açılmayacaq. Çünki akamai regiona xidmət göstərən bir cache servisidir. Traffik əsasən explorer.exe üzərindən gedir. Əgər biz task manager dən explorer.exe bağlasaq o yenidən açılanda traffikin getdiyini görəcəyik. İnternet exploreri yeni açdıqda da bu müraciətlər olur. İnternet explorer üzərində bütün addonslar deaktiv vəziyyətdədir.
Bu traffik yükləmələri kiçik şəbəkələrdə hiss olunmur, amma windows 8.1 yüklənmiş kompyuterlər çox olan şəbəkələrdə yüklənmə mbitlərlə ölçülür.
Bu tip məsələ ilə kimsə qarşılaşıbmı? Əgər bu tip müraciətləri edən proqramı təyin edən və qarşısını alan varsa fikirlərini bölüşməyini xahiş edirəm. Sizcə məsələ necə həll oluna bilər?
Baxılıb: 1519 dəfə
Cavablar ( 5 )
Əlavəolaraq bildirmək istəyirəm ki idarəetmə panelində Akamai netsession interfase deyilən menyu yoxdur. Forumlarda yazılan bəzi reestr dəyişikliklərni etmişik amma müraciət aradan qalxmayıb. MÜxtəlif proqramlarla baxmışam müraciətlər explorer.exe üzərindən gedir. Amma tammənbə haqqında heç bir məlumat yoxdur
Salam Elxan bəy. Düzü dediyiniz məsələ ilə qarşılaşmamışam lakin mən office 2013 install etmişdim Microsoftdan onda Akamai Netsession adlı programı da eyni vaxtda yüklədi. Fikir vermədim o zaman. Amma yüklədiyim office legal idi.
Salam Ömər bəy,
Akamai özü də legal sourcedir. Amma bir sra problemler yaranir. MEselen eger evveller youtube nin traffiki youtube ye yonlenirdise, indi akamiyə yönənir. bu kimi sayt və digər proqramlar da akamaiyə yönlənir. Artıq bilmək olmur ki akamaiyə yönlənən traffik hansi proqramlar üzərindən yönlənir. O səbəbdən tcpvieü proqrami ile arasdirma aparirsan ki traffiki yaradan roqrami tapasan. Amma cox proqram explorer uzerinden islediyinden tcpview də ancaq explorer göstərir. Bu isə mənbəni tapmaqda proqram yaradır. Mən oxuduğum qədərilə əgər akamai setup olursa onu add or remove roqramdan silmek ve ya control panelden sondurmek mumkundur. Menim misalimda bu imkanlar yoxdur
Maraqlı mövzudur. Updateləri gözləyirik inşaAllah.
Salam Dostlar,
Problemi qismen hell etdik. Isterdim melumat verim hell haqqinda:
Windows 8.1 üzərində 2 servis gelib ki bunlarin üzərində çalışan proqramlar daim internete müraciət edir:TimeBroker ve WSService . Bu servisləri Group policy ilə stop etdik. Müraciət cox cox azaldı və əgər daha əvvəl bizə 110 kompyuter üçün 30 m bit bəs etmirdisə, hal hazırda 17 mbit orta hesabla sürət istifadə olunur. Amma firewall dan araşdıranda və lokal kompyuterdən araşdıranda (lokalda TCPView proqramı ilə araşdırırıq)görürük ki müraciətlər tam kəsilməyib sadəcə azalıb. İnşəAllah əgər müraciətləri edən digər proqramları və ya servisləri tapsam Sizinlə bölüşəcəm