x86-x32-x64

Salam. Mənim sualım belədir. windows 7 32 bit və windows 7 64 bit arasındakı fərq nədir ? Və nə üçün x32y’ə  x86 deyilir ? Ətraflı məlumat verərdiniz zəhmət deyilsə. Təşəkkürlər

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3795 dəfə


Bu sual Samsung galaxy gran i9082 unroot məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 10 )

  1. Salam İdris bəy, 32bit ƏS`lərin Əməli yaddaş istifadə edib, 64 bit əməliyyat sistemlərinin Əməli yaddaş istifadə etməməsi deyilən anlayış tamamilə yanlışdır.
    Ya oxuduğunuz mənbədə hər hansı bir səhvlik var, ya da siz düzgün anlamamısınız…
    Sizin dediyiniz məsələ PageFile`a yaxındır ki, burada da ƏS`nin 32bit və ya 64bit olması əhəmiyyət kəsb etmir. Yəni hər iki əməliyyat sistemi fərqli həcmlərlə PageFile`dan istifadə edə bilir.
    PageFile nədir?
    PageFile – Açdığımız hər bir proqram (məsələn:WORD) HDD`dan RAM`a köçürülür.Biz bir neçə proqram açdıqda, RAM`dan tam istifadə etmiş oluruq (Bu açılan proqramlarının RAM`da tutduğu həcmə və RAM`ın həcminin böyüklüyündən asılı olaraq dəyişir) və bizim əlavə RAM`a ehtiyacımız olur. Bu zaman əgər sizdə olan Fiziki RAM`dan (Məsələn: 2 GB ) daha çoxuna ehtiyac olduqda HDD`nin müəyyən bir hissəsi ayrılaraq, RAM kimi istifadə edilir. Məlum məsələdir ki, HDD`nin sürəti RAM`ın sürətindən dəfələrlə az olduğu üçün, komputerdə müəyyən gecikləmələr, ağırlaşmalar hiss edəcəksiniz.

  1. İdris bəy sizin suala belə cavab verməyə çalışım. Birinci növbədə x86 danişaq. x86 əslində İntel tərəfindən yaradılmışdır və istehsal etdiyi prosessorların son iki rəqəmini bildirir. Məsəslən 8086, 80186, 80286 (i286), 80386 (i386), 80486 (i486). x86 arxitekturası olan prosessorlar 32 bitlik əməliyyat sistemini dəsdəklədiyi üçün buna həmdə x32 deyirlər.

     

    Qaldı 32 bit və 64 bit-lik əməliyyat sistemləri bu o demekdirki bu əməliyyat sistemləri 32 bit və ya 64 bit-lik arxitekturası olan prosessorları dəsdəkləyir.32 bitlik əməliyyat sistemi yalnız 32 bitlik proqram təminatını , 64 bitlik əməliyyat sistemi isə həm 32 həmdə 64 bitlik proqram təminatını dəstəkləyir. Əməliyyat sistemlərindən başqa sürücülər (driver) və proqramlarda bu arxitekturanı dəstəkləməlidir. Aralarındakı ən böyük fərq isə 32 bit-lik əməliyat sistemi maksimum 4GB qədər olan əməli yaddaşı (RAM) dəstəkləyir. Əgər əməli yaddaş bundan çoxdursa əməliyyat sistemi sadəcə 4Gb qədərini görəcəkdir və qalanı işlədilməyəcəkdir. 64bit-lik əməliyat sistemi isə daha çox əməli yaddaşı dəstəkləmək qabiliyyətindədir.

    • Aydındır Elnur bəy. Çox sağolun. 1 sualımda var. Hardasa oxumuşdum ki, 32 bitliklər əməli yaddaşdan, 64 bitliklər HDD’dən istifadə edirlər. Bunlar haqqında məlumat yaza bilərsiz ? 64 bitliklər niyə əməli yaddaşdan istifadə etmirlər ? Və ya əksinə ?

  2. Salam. Elnur bəyin dediklərinə əlavə edə bilərəm ki, bitlərin miqdarı prosessorun registrinin enini göstərir və həmçinin kompüterin prosessoru tərəfindən informasiyanı hansı üsulla emalını göstərir. Opertiv yaddaş (RAM) ünvana malikdir və həmin ünvan 32 bitlik sistemdə  32 simvol uzunluğunda ikili kod şəklində yazılır. Sadə riyazi hesablamalar aparsaq: 2^32=4294967296 bayt və ya 4 QB. Yəni, 32 bitlik sistemdə,  4 QB  xaricində yerləşən operativ yaddaş sadəcə ünvan almayacaq və istifadə olunmayacaq. Əgər 64 bitlik sistem istifadə etsək 2^64= 18446744073709551616 yaddaş alırıq. Fərq, necə deyirlər göz qabağındadır.

  3. Salam İdris bəy, 32bit ƏS`lərin Əməli yaddaş istifadə edib, 64 bit əməliyyat sistemlərinin Əməli yaddaş istifadə etməməsi deyilən anlayış tamamilə yanlışdır.
    Ya oxuduğunuz mənbədə hər hansı bir səhvlik var, ya da siz düzgün anlamamısınız…
    Sizin dediyiniz məsələ PageFile`a yaxındır ki, burada da ƏS`nin 32bit və ya 64bit olması əhəmiyyət kəsb etmir. Yəni hər iki əməliyyat sistemi fərqli həcmlərlə PageFile`dan istifadə edə bilir.
    PageFile nədir?
    PageFile – Açdığımız hər bir proqram (məsələn:WORD) HDD`dan RAM`a köçürülür.Biz bir neçə proqram açdıqda, RAM`dan tam istifadə etmiş oluruq (Bu açılan proqramlarının RAM`da tutduğu həcmə və RAM`ın həcminin böyüklüyündən asılı olaraq dəyişir) və bizim əlavə RAM`a ehtiyacımız olur. Bu zaman əgər sizdə olan Fiziki RAM`dan (Məsələn: 2 GB ) daha çoxuna ehtiyac olduqda HDD`nin müəyyən bir hissəsi ayrılaraq, RAM kimi istifadə edilir. Məlum məsələdir ki, HDD`nin sürəti RAM`ın sürətindən dəfələrlə az olduğu üçün, komputerdə müəyyən gecikləmələr, ağırlaşmalar hiss edəcəksiniz.

  4. Salam İdris bəy,

    Elnur bəyin izahatı tamamilə səlisdir.  Daha aydın olması üçün bir neçə əlavə də mən etmək istəyirəm.

    x86 – nin istifadəsi harda lazım ola bilər.
    – Bilgisayarımızın RAM-ı 4 GB-dan az olduğu halda;

    – Şirkətdə istifadə zamanı, əgər x86 üçün yazılmış fərdi proqram təminatı varsa;

    – Supportu dayandırılmış, (yeni driver-i olmayan) lakin işləyən qurğular istifadə edərkən;

    – Test üçün Virtual Maşınlar yaradərkən və s.

    x64-ün istifadəsi nə zaman daha faydalıdır?

    – 4 GB üzərində RAM varsa;

    – Data Execution Prevention (DEP) – istifadə ediləcəksə;

    – Daha stabil və təhlükəsiz sistem üçün və s.

    Güman edirəm ki, bu siyahını zənginləşdirmək üçün digərlərinin də əlavəsi olacaq.

     

    Uğurlar.

     

Cavab yazın