WSUS Server Tənzimlənməsi.

Salam hörmətli forum istifadəçiləri.

WSUS Server qaldırmışam. Policylər sazlamışam. Amma təyin etdiyim zamanda laptoplar update qəbul etmiyib. Kiminsə bu barədə təcrübəsi varsa. Paylaşın zəhmət olmasa. Və aşağıdakı şəkildəki faizlər nə deməkdir ? Update tam yüklənməməsini nəzərdə tutur, yoxsa approve verdiyimiz updatelərin müəyyən bir faizinin yüklənməsini nəzərdə tutur ?
Capture

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2829 dəfə

Cavablar ( 7 )

  1. GPOdan belə başa düşmək olar ki, sizin Update üçün nizamladığınız GPO tam oturmayıb.

    1. GPOnu silib, yenisini yaratmağa cəhd edin. Yeni yaranan GPOnun Client komputerə tətbiq olunmasından əmin olun.

    2.Bundan başqa adətən GPOda WSUS serveri göstərəkən səhv edirik.
    Specify intranet Microsoft Update service locationda serverin adının və ya IPsninin düzgün olub-olmadığına diqqət yetirin.

    3.WSUS serverin özünün Microsftdan Patchları (Update) yükləməsini dəqiqləşdirin. Ola bilər ki, Firewall`da icazə problemi ola bilər.
    Firewall`ın loglarına nəzər yetirin.

     

    intrantetwsus

  1. Salam, ilk öncə sualınız üçün təşəkkür edirəm ,  policy-lərin clientlərə tətbiq olunduğundan əmin olmusunuzmu?  “gpresult” , “rsop” kimi komandalarla policy-lərin client-lər üzərinə oturduğundan əmin olun, ən primitivi əgər tətbiq olunubsa 1kimi bir görüntü gəlməlidir, ətraflı məlumat üçün http://www.technet.az/2015/11/22/windows-server-update-services-wsus/ məqaləsindən məlumat ala bilərsiniz,  yeri gəlmişkən, bəli, o faizlər approve olunmuş yenilənmələrin yüklənməsi ilə bağlıdır.

  2. Salam,
    Göstərilən faizlər, yükləmək istədiyiniz Update`lərin, mövcud komputerlərə neçə faizinin yükənməsini göstərir.

    Komputerlərin Update`ləri qəbul etməməsi səbələrinə gəldikdə isə,
    İlk öncə təyin etmək lazımdır ki, komputerlər GPO sazlamalarını tam qəbul edib yoxsa yox?
    Bunu, komputer (laptop) üzərində , cmd`də  gpresult /r deyib, çıxan Applied Group Policy Object bölməsi altında görə bilərsiniz.

    Onu da nəzərinizə çatdırım ki, siz Updateləri Approve dedikdən sonra, həmin updatelər Microsoftdan yüklənir və GPO ilə təyin etdiyiniz zamanda, komputerlərə yüklənməyə başlayır. Təbii ki, bura daxili şəbəkənin ağırılığını da nəzərə alsaq,  bu prossesin müddəti uzanacaqdır.

    Yekun olaraq deyim ki, Məsələn siz  GPO sazlamalarında bu gün günorta saat 4 üçün  Update`lərin yüklənməsini təyin etmisiniz. Lakin baxırsınız ki, saat 5dir və hələ də Updatelər yüklənməyib. Belə bir halda yuxarıda dediyim kimi , Updatelərin internetdən endirilməsi və şəbəkənizin ağırlığından asılı olaraq komputerlərə yüklənməsi daha çox zaman alcaq. Səbirli olun )

    WSUS`a daim nəzarət etsəniz, nəticə aşağıdakı kimi olacaq )

    wsus

  3. Salam.

    Cavablara görə minnətdaram.

    1) Maraqlısı budu ki, “gpresult” əmri policyni göstərmir. Amma clientin update bölməsinə baxdıq
    ” managed by your system administrator” göstərir.
    2) Approve verdikdən sonra update-in faizi dolur. Amma şəkildə də göründüyü kimi yükləndiyini göstərmir. Belə başa düşdüm ki, çox güman şəbəkədə nə isə blok edir ki, server updateləri yükləyə bilmir.

    Capture

  4. Siz zəhmət olmasa,
    gpresult /r əmrinin çıxan nəticələrini bizimlə paylaşın.
    WSUS server digər serverlər kimi saat kimi işləmir. Şəkildən görünür ki, sizdə hər şey qaydasındadır.
    0.00MB of 3.30MB  neçə gündür o şəkildə dayanıb? Yoxsa bir neçə saatdır?

  5. Bəli, çoxdan belədir.

    Capture gtgt

  6. GPOdan belə başa düşmək olar ki, sizin Update üçün nizamladığınız GPO tam oturmayıb.

    1. GPOnu silib, yenisini yaratmağa cəhd edin. Yeni yaranan GPOnun Client komputerə tətbiq olunmasından əmin olun.

    2.Bundan başqa adətən GPOda WSUS serveri göstərəkən səhv edirik.
    Specify intranet Microsoft Update service locationda serverin adının və ya IPsninin düzgün olub-olmadığına diqqət yetirin.

    3.WSUS serverin özünün Microsftdan Patchları (Update) yükləməsini dəqiqləşdirin. Ola bilər ki, Firewall`da icazə problemi ola bilər.
    Firewall`ın loglarına nəzər yetirin.

     

    intrantetwsus

  7. Məsləhətləriniz üçün çox sağ olun. Qeyd etdiklərinizə bir də baxacam.

    Mən də düzü firevvalldan şübhələnirəm. Həll yolunu tapan kimi bölüşəcəm.

Cavab yazın