Windows Lisenziya
1 )Salam. Ebay və bu kimi saytlarda ucuz qiymətə OEM lisenziyaların satılması nə kimi doğrudur ? OEM lisenziyanı bir komputerdən digər komputerə keçirmək olmur. Yəni konkret bir avadanlığa bağlı olur. Belə olduğu təqdirdə niyə satışı var belə lisenziyaların ? Ümumiyyətlə zavod tərəfindən komputer satışa buraxılanda windows aktivləşdirilir yoxsa notbuk sahibi internetə ilk daxil olduqda aktivləşir? Yəni komputer aktivləşənə qədər lisenziyanı (biosdan və ya etiketdən) götürüb başqa komputerdə aktivləşdirmək olarmı ?
2) İnternetdə axtarış zamanı bir çox windows lisenziya açarlarına rast gəlmək olur. Onların əksəriyyətini daxil edəndə şübhəsiz ki, error verir 🙂 Amma bəzi lisenziya açarları ilə KMS-siz, yəni legal yolla aktiv eləmək olur . Bu yaxınlarda rəsmi saytdan win10 əməliyyat sistemini yüklədim və belə açarlardan birini daxil etdim və windows aktiv oldu. Heç bir crack, kms və s.bu kimi programlardan istifadə etmədən.
Sualım odur ki, əgər bu açar əvvəlcədən hansısa komputerdə aktiv olunmuş idisə niyə yenə də aktivləşdirdim o açar vasitəsilə daha bir komputeri ? Error verməli deyildimi ? Internetdə yayılan bu açarlar nədi belə ? Hələki normal işləyir. Sonradan qara siyahıya düşməyəcəyinə qaranti vermirəm 🙂
Xahiş edirəm suallarıma dolğun və tutarlı cavab verərdiz. Elgüc müəllim təcrübənizi bölüşsəz çox şad olardım. Təşəkkürlər.
P.S. Retail (korobka versiya) Win10 Pro ucuz qiymətə satan varsa ala bilərəm. Hətda hədiyyə də edə bilərsiz. Belə hədiyyələri sevirəm 🙂 Bezmişəm artıq kms-lərdən.


Baxılıb: 6587 dəfə
Cavablar ( 3 )
Salam OEM lisenziyaları Kompüterin üstündə gələn lisenziyadı. Bir kompüterdən başqasına köçürmək qadağandır. Aldığımız notebook-ların üzərində gələn Windows 7 Home Premium yaxud Windows 8 kimi. Windows 7 üçün lisenziya kodu adətən notebookun altına, Windows 8-in lisenziyası isə BIOS-a yüklü gəlir.
Salamlar Ümid bəy,
Qısa olaraq qeyd edim ki, Microsoft lisenziylar barədə sərt tədbirlər həyata keçirmir yəni bloklama və s. Ən ciddi tədbirlər hüquqi tədbirlərdir. Bu sizin yazdığınız sualların bəzilərinin cavabdır. Lisenziyanın önəmli tərəfi hüquqi tərəfədir. Nə cür lisenziya istifadə edirsiniz edin hüquqi olaraq sizə aid deyilsə məsuliyyət daşıyırısınız. Xüsusən şirkətlər belə hallarda cox ciddi cəzalandırılır.
Sualınıza ətraflı cavab yazmadığım üçün üzürlü sayın. Gördüyüm qədəri ilə sizin əsas problem komputerinizdə qeyri-leqal Windowsu istifadə etməyinizdir. Bunu aradan qaldırmalıyıq.
Əgər TechNet portalı üzərindəki mailiniz aktivdirsə zəhmət olmasa cavab yazın və yaxud linkedin üzərindən mənimlə əlaqə yaradın. Sizə Windows 10 Pro lisenziyası hədiyyə edəcəyəm. Bir şətlə ki, öz qurğunuzda istifadə edəsiniz.
Uğurlar
Salam, Elgüc bəy sualımı cavabladırdığınız üçün sizə təşəkkürümü bildirirəm. Bəli, technet portalındakı Gmail-im aktivdi hədiyyəni qəbul etməyə hazıram. Sözsüz ki, öz komputerimdə istifadə edəcəm. Əvvəlcədən hədiyyəyə görə öz sonsuz minnətdarlığımı bildirirəm. KMS-lərə əlvidaaaaa :))