Windows 8 – sistemin yeni sərt diskə köçürülməsi

Hər kəsə salamlar,

Üzərində lisenziyalı Windows 8 əməliyyat sistemi olan kompüterin HDD-ni yenisi ilə əvəz etmək istəyirəm. Həmin sistemi olduğu kimi yeni hdd-yə hansı üsulla köçürə bilərəm ?

Təşəkkürlər

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1365 dəfə

Cavablar ( 2 )

  1. Salam. Bunun üçün Acronics True İmage proqramindan istifadə edə bilərsiz.
    İlk əvvəl əməliyyyat sisteminin SİD-lərini SYSPREP ilə sıfırlayın.
    Sysprep le SID leri sifirlamaq ucun C:\Windows\System32\sysprep qovluquna daxil olub sysprep.exe ise saliriq, defaul olaraq secim nedirse o cur de qalir (OOBE) ok sixiriq. Kompyutere restart veririk

    Daha sonra Acronics True İmage iso diskindən boot edib uygun HDD-ni digər təzə HDD-yə klonlayın.
    Klonlama bitdikdən sonra, yeni HDD-ni qoşub işlədə bilərsiniz, bu zaman sistem açıldıqda əməliyyat sistemi üçün yeni SİD-lər yaranacaqdır.
    Acronics True İmage-in iso faylı məndə var, lazım olsa göndərə bilərəm.
    Aydın olmayan məqam olsa yazarsız. Uğurlar.

Cavab yazın