Windows əməliyyat sistemini optimallaşdırma

Windows əməliyyat sistemini optimallaşdirmaq, performansı yüksəltmək üçün hansı proqramı və ya proqramları məsləhət bilərdiz ? 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1857 dəfə

Cavablar ( 2 )

  1. Adəti üzrə mən daima aşağıdakıları edirəm:
    1) Əməliyyat sisteminin regeditini “təmiz” saxlamağa çalışıram.
    Bunun üçün ccleaner http://www.filehippo.com/download_ccleaner/
    2 ) Hər hansı proqram təminatını pozarkən sistemdən standart vasitələrlə deyil Uninstallerlərdən istifadə edirəm.
    Çünki standart yolla pozulduqda yenə də regedit corrupt vəziyyətə düşür və sözsüz ki, bu perfomansda özünü mənfi cəhətdən nəzərə çartpdırır.
    YourUninstaller istifadə edirəm.
    3 ) Vaxtı vaxtında regediti defragmentasiya edirəm ( hər iki ayda bir dəfə)
    Tuneup Utilities vasitəsilə.
    4 ) Fayl sistemini də eynilə defragmentasiya edirəm http://www.filehippo.com/download_defraggler/
    5 ) Standart shell-i classicə əvəzləyirəm + Desktopda background qismində heçnə istifadə etmirəm çünki o da təsir edir performance-a.
    6 )Ən əsas məsələ isə Gündəlik işlər üçün Admin Privilegiyalı(hüquqlu) akkauntdan istifadə etmirəm əvəzinə normal qaydada adi user yaradıb elə həmin userdən login oluram sistemə.Administrativ task lazım olduqda isə runas köməyimə gəlir bu halda.(80 % bu security nöqteyi nəzərindən xilas edir ƏS-ni)
    Əlavə yenə də settingslər vermək olar məsələn swap faylın ölçüsünü dəyişməklə amma məsləhət görülmür.HDD-ə müraciət daha intensiv şəkildə gedir deyə HDD-nin ömrünü qısalda bilir.
    7) Fayl sistemdə NTFS compressiong istifadə etmirəm.Compress etdikdə HDD-dəki “yerə” qənaət etmiş oluruq.Amma bu fayla müraciət edildikdə NTFS də decompress əməliyyatı daha çox timing alır.O səbədən sürətlilik almaq üçün compressing istifadə etmirəm.

    Hörmətlə.

  2. Salam dostlar. Mən ümumiyyətlə 3’rd party proqramların çox da tərəfdarı deyiləm. Çünki, bu proqramlar bəzən başqa problemlərə də gətirib çıxara bilir. Xüsusən də regedit ilə məşğul olan proqramlar. Server sistemlərində isə bu cür proqramlardan istifadə etməyə qəti qarşıyam!

    O ki, qaldı performans məsələsinə:Regedit-i təmiz saxlamağın məncə ən əsas yolu, proqram yükləyib-silməməkdir. Ümumiyyətlə, lazımsız proqram yükləməməkdir. Çünki, bəzən silinən proqram özü ilə bərabər həm regedit-dən bəzi şeylər silə bilər, həm də sistem fayllarından (.dll, .sys, .com və s…) bəzilərini silə bilər və ya dəyişdirə bilər. Ən məcbur qaldığım vəziyyətlərdə, portable formasını tapıb istifadə edirəm.

    Pagefile-in ölçünüsünü artırıram. x64 bit sistem istifadə edirəm. Tez-tez defregmentasiya edirəm. Windows\Temp folder-in içini tez-tez təmizləyirəm. %temp% (profilin temp-i) folder-in içini tez-tez təmizləyirəm. Prefetch folder-in içini tez-tez təmizləyirəm. Disk Clean-Up edirəm.

    Uğurlar!

Cavab yazın