Win 2012 Domain-User relation
Salam,
Maraqlı bir problem ilə qarşılaşmışam, Win 2012 server üzərində domain qurulub, domain-ə qoşulmuş kompüterlərdə müəyyən vaxtdan bir kompüterin local administratoru kompüterə qoşulmaq istəyir əgər 30 ərzində “cancel” basılmasa local administrator qoşulacaq. Problemin həlli ətrafında axtarış apardım amma dolğun məlumat tapa bilmədim, loglarda da heç bir məlumat yoxdur.
Təşəkkürlər.
Baxılıb: 1615 dəfə
Cavablar ( 8 )
Bəlkə Task Scheduler-ə göz gəzdirəsiniz. Ola bilərki nə vaxtsa bunun üçün bir task yazılıb.
Task Scheduler-ə göz gəzdirdim ele bir task yoxdur.
Salam Kamil bəy,
Windows server əməliyyat sistei eyni zamanda 3 ədəd remote qoşulmanı dəstəkləyir. Bunlardan 1-i console tipli digər 2 si isə adi RDP qoşulmadır. Hal-hazırda Sizin problemə ilkin nəzər yetirikdə mənə elə gəlir ki kompyuterə hansısa istifadəçi remote login olur, sessionda boş yer olmadığından 1 nəfəri sistem məcburi log off edir. Sessionda yeri təyin etmək üçün Task manegerə daxil olun daha sonra Users seçin. baxın neçə istifadəmi adı disconnect də olsa orada yazılıb. Bu haqda məlumat verməyinizi xahiş edirəm.
Problemin haradan qaynaqlandığını bilmək üçün loglara baxmağınız lazımdır. My computer sağ düyməni sıxmaqla manage seçin. Daha sonra event Viewer-windows log- secirity log seçməklə hansı kompyuterdən remote qoşulmaya cəhd olduğunu dəqiqləşdirin. Cohd olunan kompyuteri müvəqqəti keçirib problemin dəqiq o kompyuter və ya serverdən olduğunu dəqiqləşdirin.
Problemin task scedule iləəlaqəsi varsa, bu problem müəyyən zamandan bir olmaldır. Yəni hər dəfə problemin təkrarlanması arasındakı zaman eyni olmalıdır. X.e bunları yoxlayıb məlumat verin.
Məsələ ondadır ki, başqa komputerdən qoşulma deyil həmin bu komputerin local user-dir.
Local kompyuterin də istifadəçi adının remote desktop və ya administrator icazələri varsa kənardan qoşulma olur. Xahiş edirəm aidiyyatı secirity logu print screen edəsiniz baxaq.
Bu daha çox virus probleminə oxşayır. Local Administrator`ları bir müddətlik disabled edin yoxlayın.
Bəlkə serverə local adminsitrator kimi log on olub nezerden keçirəsiniz. Belkə virus və ya hansısa task var. Təsadüfi vaxtlarda remote qoşulur yoxsa bir saatdan bir və ya restrart olandan sonra hər dəfə?
Təsadüfi vaxtlarda, tasklara da baxmışam boşdur çox maraqlıdır.