VTP problemi
Salam Aleykum Dostlar,
CİSCO`da özüm üçün kiçik bir LAB düzəltdim.
Daha öncə VLAN`lar təyin edib, sonra VTP istifadə edərək, bir svvitchdən digərinə ötürmüşdüm.
İndi hər şeyi normal qaydada edirəm, amma VLAN`lar digər svvitch`ə ötürülmür.
Sizcə problem nədə ola bilər?
Baxılıb: 2523 dəfə
Cavablar ( 17 )
Salam Fərhad
Aşağıdakıları yoxlamaq faydalı olacaqdır:
1- VTP domain name
2- VTP password (əgər təyin olunubsa)
3- switchlər arasında Trunk statusu
Aleykum Salam Rizvan,
Onları bәlkә 10 dәfә yoxlamışam.
Server olan switch üzәrindә:
İnterface range fastethernet 0/1-5
Switchport mode trunk
Sonra
vtp domain test
vtp password cisco
vtp mode server(hәrçәnd ki, default server olur)
hәtta vtp version 2 dә etdim.
Digәri üzәrindә dә eyni şeylәri etdim,bircә vtp mode client etdim.
Switchlərin revision numberlari neçədir ?
Hər ikisində 1`dir.
Səhv etmirəmsə, dəyişməli idi.
Aşağıda .PKZ olaraq yaddaşa vermişəm.
YÜKLƏ
Ok aydın oldu. Hər ikisi də 1 olarsa, o zaman serverdə həmin rəqəmi dəyişmək üçün test kimi əlavə bir vlan yaradıb sonra təzədən silə biərsən. Bu zaman serverdə revision number artacaq və client bazasın update edəcək.
İkinci bir variant kimi clientin revision numberini 0 etməklə mümkün olar. Bunun üçün –
1) client svvitci mövcud olan domaindan başqa domaina daxil edib, yenidən geri qaytarmaq
2) client svvitchi vtp transparent mode edib yenidən client mode-a qaytarmaq
Dostlar, yenidən qurdum.
Bu dəfə hər şey normal qaydada getdi.
Düşünürəm ki, Packet Tracerin problemi idi.
Amma maraqlıdır, realda da bu cür problemlər ola bilər ya yox?
Fərhad bu əslində problem yox, işləmə prinsipidir Server və client mode hər ikisi öz bazasını advertise və qəbul edilən yüksək revision numberli update-lərlə öz bazalarını da update edir. Revision numberi aşağı olan svvitch yuxarı revison numberli update vasitəsilə öz bazasını update edir. Səndə isə hər ikisi eyni olduğu üçün update etmirdi.
Bəs onu manual olaraq özümüz necə update edə bilərik?
İndi qurduğumda da hal-hazırda Revision Number`lər 0`dır.Yəni hər ikisi bərabərdir.
Amma update ediblər.
Yuxarida bir də diqqət yetir zəhmət olmasa. Eyni vaxta yazmişiq ola bilər nəzərindən qaçıb
Bir də əlavə kimi, realda da bu cür halllar baş verir, bu PT problemi deyil.
Deyəlim ki, realda belə bir şey baş verdi.
Bunu manual olaraq necə update edə bilərəm?
Məndə hal-hazırda revision nömrələri 0`dır.Hər ikisində də sıfırdır.
Amma update ediblər.
Bunları necə izah etmək olar?
Əgər özün sıfırlamamısansa və vlan lar yaratmısansa revision number sifir ola bilməz.
Sənin sualın cavabı isə vlan yarat serverde və yoxla. Dəyişməlidir.
Rizvan, bir dənə buna bax.
Revision sıfırdır.
YÜKLƏ
Əziz dostlar sizin müzakirənəzə qarışmaq istəmirəm. Packet tracer çox vaxt lazımsız problemlər çıxarır. Bu məhsulu tanıdığım gündən belə işləyir. Bir az sıxışdıran kimi crash olur
Fərhad bəy, sizdəki configi yükləyib baxdım, hər şey normaldır. Sadəcə yeni vlan əlavə edin və yaxud silin dəyişdiyini görəcəksiniz. Bu arada səni təbrik edirəm ciscodan da gözəl irəliləyiş gedir. Bəhanələrlə dolu gənclərə real örnəksən.
Uğurlar
Elgüc bəyin də vurğuladığı kimi vlanlarda dəyişiklik etdikdə, revision numberin artdığını görəcəksən.
Müəllim, təşəkkür edirəm! İnşAllah, ALLAHIN İzni İlə CCNA alacam. Amma istəmirəm ki, yalançı CCNA sertifikatlı insan olum. Deməli, problem Packet Tracerindir.GNS`də var, amma orada hələ sınaqdan keçirtməmişəm. Dediklərinizi yoxladım, hər şey əladır.
Rizvan təşəkkür edirəm! Yazıb, yoxladım.Update getdi. Bu Cisco məsələsinə görə bu bölməni mövzularla elə özüm dolduracam
Salam Aleykum Dostlar,
Keçən dəfə ki, LAB`ı ALLAHIN İzni İlə biraz da genişlədib, tamamlamağa çalışdım.
Bilirəm, üzərində əlavə bir çox şey də etmək olar , amma mən xoşlayıram ki, pillə-pillə gəlim, İnşAllah.
Öz fikirlərinizi bildirsəniz, çox şad olaram.
Şəkil və Packet Tracer üçün .PKZ faylını yerləşdirirəm, İnşAllah.
YÜKLƏ .PKZ