Virtual router manager
Salam dostlar mən dünən virtual router manager proqramı yüklədimki komputerdən telefonuma vifi paylayım. proqramı yüklədim hər şey öz yolundadı telefondada adı gəlir kodu yazıram amma telefonda girir vifi işarəsinidə telefonda göstərir.iş orasındadırki internet yoxdur ühatsapa girirəm mesaj getmir facebook girmir ümumiyətcə internet yoxdur ama komputerdə girirəm.başqa telefonlardada yoxamışam olardada işləmir.Komputer Dell i7 processor ƏS Windows7 64x bit.Kömək etsəniz sevinərəm
Baxılıb: 1703 dəfə
Cavablar ( 1 )
Faiq bəy, salam.
Sualınız xeyli vaxt öncə verilib. Təəssüf olsun ki, cavablandırılmayıb.
Bilgisayarınıza şəbəkə kabeli ilə gələn (Wired) interneti simsiz olaraq paylamaq üçün bir çox metodlar var. Sadəcə nəzərə almaq lazımdır ki, biz Datakartlarla (USB Dongle) aldığımız interneti bir çox hallarda paylaya bilmirik. Bu istehsalçının qadağaları ilə bağlı ola bilər.
Siz dediyiniz halda, Software vasitəsilə paylaşmağa çalışmısınız. Lakin aşağıdakı daha sadə vasitələri istifadə edə bilərsiniz.
Ad-Hoc yaradaraq internetdən müştərək istifadə edin.
Start Menu –> Control Panel –> Network and Sharing Center
Və ya CMD ilə:
a) Ad-Hoc yaradırıq
netsh wlan set hostednetwork mode=allow ssid=(WiFi adını qeyd edin) key=(Password qeyd edin) keyusage=persistent
b) Ad-Hoc-u işə salırıq
netsh wlan start hostednetwork
Söndürmək istəsəniz bu kommanda işə yarayacaq:
netsh wlan stop hostednetwork
Uğurlar.