Windows 7 zibil qabı sağ klik etdikdə gələn funksiyalar
Salam Dostlar
Windows 7 sistemində unistall proqramlarından birini yükləmişdim bu proqramın bir funksiyasıda windows zibil qabın üstünə sağ klik etdikdə gələn funksiyalar arasında həmin proqramında əlavə funksiya düşmüşdü. sonradan proqram silindi ama həmin yerdə proqramın funksiyası qaldı bir işə yaramır onu necə silə bilərəm sizcə?
tuneUp Undelete proqramının bir qısa yoludur göründüyü kimi. bunu hansısa yolla silə bilərəm?
Baxılıb: 3534 dəfə
Bu sual SQL Serverdə baza Recovery Modelləri məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 12 )
http://lifehacker.com/5921215/ccleaner-updates-with-a-built-in-context-menu-cleaner
Salam Tural bəy siz bunu regedit-dən asanlıqla edə bilərsiz.
Bunun üçün Win+R düyməsini klaviaturada sıxaraq Run proqramını çağırın, bundan sonra regedit.exe yazıb enter düyməsini sıxın. Qarşınıza Regedit proqramı açılacaqdır. Bu proqramda
HKEY_CLASSES_ROOT\*\shellex\ContextMenuHandlers bölməsinə daxil olub sizə lazım olmayan proqramı silə bilərsiz. Sizin halınızda bu TuneUp Undelete proqramı olacaqdır. Bunu silib yoxlayin. Dəqiq deyə bilmərəm Restart etməyə ehtiyac ola bilər.
Nəticəni səbirsizliklə gözləyirəm.
təşəkkür edirəm
siz dediyinizi elədim ama bir dəyişiklik olmadı restardan sonra elə yerindəcə qaldı
ama sizə onu deyi ki bu menyuda olanda həmin proqram yox idi onan aşaqıdakı bölmədə olduqunan sildim elə ordanda
Tural bəy registridə bu bölmələrə baxın TuneUp aid nə varsa silin yoxlayın. Nəticəi yazsanız sevinərəm.
Salam Tural bəy.
Aşağıdakı linkdən istifadə edərək programın qalıqlarını silməyə çalışın. Bu program Registry-dən belə silinən programın qalıqlarını tamami ilə silir. Nəticəni bizimlə yaşlaşmağınızı xahiş edirik. Uğurlar.
http://www.advanceduninstaller.com/download/
Salam Dostlar
Eldar bəy siz deyən proqramı yüklədim. bilgiyə görə minnətdaram yaxşı proqramdı. istərdim saytınızda belə bir bölmə olsun yaxşı lazimi sistem proqramlarına aid bilgilər verəsiz.
ama bunu yüklədim qurdum bəzi yerlərdən tapdım sildim ama elə yenə qalıb necə var.
Elnur bəy siz deyən bölməni mən regeditdə tapmadım
Salam Tural bəy,
Elnur bəyin qeyd etdiyi kimi Regedit programını açın. İlk Öncə File – Export edərək bütün registry üçün backup faylını komputerdə yaddaşa verin. Daha sonra Edit – Find menyusu ile TuneUp Undelete sözünü axtarışa verin, qarşınıza çıxan key fayllarını (TuneUp Undelete programına aid) silin. Və ya aşağıdakı ünvanda TuneUp Undelete key faylının olduğunu yoxlayın, belə bir key fayl varsa onu silib yoxlayın. Bu əməliyyatdan sonra restart tələb oluna bilər.
HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E}\shell
Nəticəni bizimlə paylaşmağı unutmayın )) Uğurlar.
http://lifehacker.com/5921215/ccleaner-updates-with-a-built-in-context-menu-cleaner
Root For review xeyir bu bölmədə adı yoxdu
http://jhommark.blogspot.com/2011/07/how-to-remove-tuneup-undelete-on-right.html P.S Eldar bəy yazdığını indi gördüm) Sorry) Bunu da yoxlayın http://www.nirsoft.net/utils/shexview.html http://www.nirsoft.net/utils/shell_menu_view.html
Hörmətli Root For review
sizin vediyiniz birinci linkdə yazılanlara əməl etdim problem aradan qalxmışdır təşəkkür edirəm sizə