Video Kart nədir? Nə üçün istifadə olunur?

videokart nə üçün istifadə olunur? videoyaddaş həmin videokartda yerləşir ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 5676 dəfə

Cavablar ( 1 )

  1. Salam Cavid bəy.

    Video kart – (Ekran kartı, Display Adapter, Video Adapter, Video Controller kimi də qarşılaşa bilərsiniz) kompüterin nəticələrini ekranda göstərə bilməyə xidmət edir.

    Ana kartların üzərində (Onboard) ola və ya Expansion (genişlətmə) slotları olan AGP, PCİ, PCİ Express -lərə gücləndirici qurğu kimi əlavə edilə bilirlər.

    Ana kart üzərində olan Video kartların – az enerji istifadə etmək kimi üstünlüyü olmasına baxmayaraq, sistemdən resurs istifadə edir. Yəni, bu videokartın yükü CPU və RAM-a düşür. Və hər hansı bir zədələnmə anakartın zədələnməsi anlamına gəlir.

    Əlavə edilmiş Videokartın özünün RAM-ı, soyutma sistemi və cərəyan diodları vardır. Yəni hər hansı bir zədələnmədə bu videokartı yenisi ilə əvəz edib istifadə edə bilirik.

    Daha geniş məlumat üçün bu Ekran kartı məqaləmizdən yararlana bilərsiniz.

    Uğurlar.

    Qeyd: Sualınıza tam cavab aldınızsa, qiymətləndirməyi və paylaşmağı unutmayın. 

     

Cavab yazın