Usb diskdə yarlik virusu
Salam Dostlar ,
Mənim sualım usb diskə düşmüs yarlık virusu ilə bağlıdır , bir neçə antiviruslarla scan etməyimə baxmayaraq virus tapılmadı . Bu virus faylların path yerinimi dəyişir ? Umumiyyətlə nə edə bilərəm ?
Baxılıb: 6405 dəfə
Bu sual Yükləmə sürətini necə artırım? məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 6 )
Orxan bəy, salam.
Oxşar sual üçün keçiddənistifadə edə bilərsiniz. http://www.technet.az/sual/gizli-fayllar/
Fayllarınızın salamat olub-olmadığını WinRAR vasitəsilə USB diskə daxil olaraq yoxlaya bilərsiniz. Məsələ orasındadır ki, çox yayılmış olan bu virus USB-dəki faylların adında yaranırlar. İstifadəçi həmin adda faylının olduğundan fikirləşmədən həmin faylı – virusu açır. Beləliklə virus birinci sistemə düşür və yayılır, həmçinin gizli və sistem faylı halına salmış olduğu əsl faylı da açır. Bu səbəbdən təcrübəsiz istifadəçi uzun müddət virusun mövcudluğundan xəbərsiz olur.
Bu problem həll etmək üçün aşağıdakı ardıcıllıqla gedərək, problem həll etməyə çalışın.
1) Bilgisayarınızı viruslardan qorumaq və ya təmizləmək üçün Antivirus quraşdırın.
2) Əgər antivirusunuz varsa 1-ci bəndi ötürüb, antivirusunuzu Update edərək davam edin.
3) Antivirusla bilgisayarınızı tam olaraq yoxlayın, virus tapılsa onları silib, bilgisayarı yenidən başladın.
4) Keçiddəki utility endirin. Utilitin File bölməsindəki System restore funksiyası ilə virus tərəfindən qadaqa olunmuş özəllikləri geri qaytarın. Bundan sonar gizli faylları göstər funksiyası aktiv olacaq.https://support.kaspersky.com/common/service.aspx?el=1698#block1
Və ya Start –>RUN –> regedit KEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\AdvancedHidden dəyəri 1-ə çəkirik
5) Aşağıdakı məqalədə göstərilən qaydalarla artıq gizlədilmiş faylları “gizlilik”-dən çıxarın.
http://www.technet.az/2013/05/08/viruslarin-gizl%c9%99tdiyi-fayllarin-normal-hala-salinmasi/
Uğurlar.
Qeyd: Bu həll işinizə yarasa, cavabı qiymətləndirməyi və paylaşmağı unutmayın.
Salam, məncə bu variant daha praktik olar:
1) Virusları execute edən fayılın adı: Autorun.inf fayılıdır, ona görədə lazım olan diskdə vəyə flashкartda qovluq yaradırıq belə bir ad ilə Autorun.inf – bu variantla virusları execute olunmasının qarşısını almaq olar(viruslar disklərə veyə kartlara kopyalanacaq, amma aktiv olmayacaqlar). Bir sözlə desək – virusları aldadırıq:).
2) Lazım olan diskde ve ya kartlarda fayllari görmək üçün belə bir batch-fayıl yaradıq: Goster.bat və onun içinə belə bir command eləvə edirik: attrib *.* -H -S -A +R /S /D
Beləliklə kartlarda veya disklərda viruslar varsa veya sizin şəxsi məlumatlarnız atributları gizlidirsə(gözə görünmür) – onda Goster.bat faylnı həmin yer atın və execute edin(mouse ilə tuşlayın).
–Yadınızda olsun ki, siz öz fayıllarnızı və viruslarıda artıq görəcəksiniz və məntiq ilə baxıb virusları öz səxsi məlumatlarnızdan ayıra bilərsiniz.
Salamlar,
Dostlar ətraflı cavab yazıb. Sadəcə bu məsələ ilə bağlı öz kiçik təcrübəmi əlavə etmək istəyirəm.
Bu problemlə 1-2 ay öncə yaxın bir dostumuzun müraciəti əsasında rastlaşmışam. Həmin komputerdə avast olub və bu antivirus həmin qısa-keçidləri virus kimi görürdü. Lakin Avast bu virusu köklü olaraq tam idarə edə bilmir. Nəticə olaraq həmin flash yaddaşı öz komputerimdəki Kaspresky Antivirusla təmziləyib, həmin komputerdən Avastı silərək Kaspresky ilə əvəzləyib sistemi scan etdikdən sonra bu problemi yaradan virusuun tam qalıqlarını təmizləmişəm. Tövsiyəm odur ki, Kaspresk trial versiyanı yükləyib bazasını update edin və həm komputerinizi həmdə flash yaddaşınızı bu antivirus vasitəsilə təmziləyin. Aşağdakı keçiddən trial versiyanı əldə edə bilərsiniz.
http://www.kaspersky.com/product-updates/windows-endpoint-security
Uğurlar
Birdaha salam dostlar
Hərkəsə təşəkkür edirəm suala cavab yazdığınız üçün .Bildirmək isdəyirəm ki usb diskdəki fayllar önəmli deyil artıq , format olunub . Sadece olaraq virus artiq komputerə daxil olub və istənilən usb diskə daxil olub yarlik yaradır. Problemin həllinə gəldikdə isə bir neçə antivirus və digər sistemlər ilə scan edilib kaspersky ilə yoxlanılmayıb . Qeyd etdiyiniz digər variantları yoxlayıb burda məlumatlandıracam sizləri. Təşəkkürlər
Salam. Əlavə etdiyim .zip faylının içində kiçik program var. Orda flashdrive-ın hərfini yazın və özü təmizləyəcək. clear_attrib
Bu arada onu da qeyd edim ki, bu problemin əsas qaynaqlanma səbəblərindən biri lzfxbacbfi.vbs (.vbi da ola bilər) adlı scriptdir. Onun kompyuterdə default oturduğu yer User folderidir. Silmək üçün isə unlocker adlı programdan istifadə edə bilərsiniz.