Balayev Ömər / . Dərc edilib:A 23/07/2015 at 2:03 AxşamSəs: +2.
Salam Şahin bəy.
UEFİ–Unified Extensible Firmvvare İnterface ( Unified EFİ) EFİ interfeysinin 2007-ci ildə adının dəyişdirilmiş formasıdır. EFİ İntel şirkəti tərəfindən işlənib,hazırlanmış əməliyyat sistemi və mikroproqram arasındakı interfeysdir. Əsas funksiyası kompyuterin qurğularının qoşulma vaxtı düzgün inisalizasiya (initializing) olunması və idarəetməni əməliyyat sisteminə ötürməkdir. Yəni qurğuların aşağı səviyyə idarəetməsini həyata keçirir. Yaradılmasında məqsəd İBM-PC uyğun olan kompyuterlərdəki BİOS-u əvəz etmək idi. Sonuncu versiyası 2015-ci il apreldə çıxmış 2.5 versiyasıdır.
Siz UEFİ tənzimləmələrini kompyuterin BİOS-unda tapa bilərsiniz. Boot Options-da siz UEFİ vəya Legacy seçimlərini tənzimləyə bilərsiniz. UEFİ VVindovvs əməliyyat sistemlərində əsasən VVindovvs 8 əməliyyat sistemi ilə aktuallaşdı. Çünki Secure Boot imkanından istifadə etmək üçün gərək UEFİ interfeysdə ƏS çalışsın. Secure Boot sizin bootable GPT partitionlarınızı rootkitlərdən qoruyur. Əlavə olaraq,
Legacy və UEFİ boot arasında əsas aşağıdakı fərqlər mövcuddur:
Legacy boot – BİOS firmvvare tərəfindən istifadə olunan boot prosesidir. Firmvvare özündə quraşdırılmış yaddaş qurğularının (HDD, USB drive, Floppy vəya optic disk) siyahını saxlayır hansı ki, onlardan biri bootable ola bilər. Bu siyahıda cihazların boot olma ardıcıllığını onların prioritetinə ( birincilik ) görə sıralayır ( bunu özümüz boot priority tənzimləmələrindən həyata keçiririk). Kompyuter işə salındıqda (POSTprosesi) bu prioritetə görə Legacy ardıcıllıqla qurğuları keçərli MBR tapmaq üçün scan etməyə başlayır. Scan hər hansı bir uyğun MBR tapıldıqda hədəf qurğunun (MBR olan yaddaş qurğusunun) ilk sektorundan oxumağa başlayır. Əgər MBR tapılmasa o zaman sizə ” Please insert system disc xxxx xxx” kimi xəbərdarlıqlar gəlir. Ola bilir ki, bəzən MBR olan sektorlar zədələnir və buna görə ƏS yüklənmir.
UEFİ boot – UEFİ firmvvare tərəfindən istifadə olunan boot prosesidir. Kompyuter yanarkən UEFİ qoşulu yaddaş qurğularını prioritetə görə GPT-ləri ( GUİD Partition Table) uyğun EFİ Service Partition üçün skan edir. MBR-dan fərqli olaraq GPT özündə boot loader saxlamır. UEFİ firmvvare özü GPT partitonları skan edərək uyğun EFİ SP tapmağa çalışır. Əgər UEFİ bootable GPT tapmadısa o zaman yenidən Legacy-ə qayıda bilər. Əgər hər iki halda bootable partiotion tapılmadısa o zaman yenidən “Please insert system disc” kimi xəbərdarlıqlarla qarşılaşırsınız.
FreeDOS-a gəldikdə isə, bu MS-DOS ƏS ailəsindən olan pulsuz əməliyyat sistemidir. GNU Public License ilə yayımlanır. 1994-cü ildə proekti başladılıb. FreeDOS ilə MS-DOS command shell-i (Command.com) dəyişdiyirilir və yeni command shell FreeCOM adını alır.
Əgər siz ƏS yazmaqla bağlı çətinlik çəkirsinizsə deyin köməklik edək.
Cavablar ( 2 )
Şahin bəy, salam.
UEFİ-nin nə olmasını anlamaq üçün aşağıdakı məqalələri oxuyun, zəhmət olmasa.
http://www.technet.az/2014/07/05/boot-siralamasi/
http://www.technet.az/2014/07/06/boot-siralamasi-windows-8-1/
http://windows.microsoft.com/tr-tr/windows-8/what-uefi
https://technet.microsoft.com/en-us/windows/dn168167.aspx
FreeDOS-la bağlı HP-nin rəsmi saytında xeyli məlumatlar var.
http://support.hp.com/tr-tr/document/c03183898#AbT1
Uğurlar.
Salam Şahin bəy.
UEFİ– Unified Extensible Firmvvare İnterface ( Unified EFİ) EFİ interfeysinin 2007-ci ildə adının dəyişdirilmiş formasıdır. EFİ İntel şirkəti tərəfindən işlənib,hazırlanmış əməliyyat sistemi və mikroproqram arasındakı interfeysdir. Əsas funksiyası kompyuterin qurğularının qoşulma vaxtı düzgün inisalizasiya (initializing) olunması və idarəetməni əməliyyat sisteminə ötürməkdir. Yəni qurğuların aşağı səviyyə idarəetməsini həyata keçirir. Yaradılmasında məqsəd İBM-PC uyğun olan kompyuterlərdəki BİOS-u əvəz etmək idi. Sonuncu versiyası 2015-ci il apreldə çıxmış 2.5 versiyasıdır.
Siz UEFİ tənzimləmələrini kompyuterin BİOS-unda tapa bilərsiniz. Boot Options-da siz UEFİ vəya Legacy seçimlərini tənzimləyə bilərsiniz. UEFİ VVindovvs əməliyyat sistemlərində əsasən VVindovvs 8 əməliyyat sistemi ilə aktuallaşdı. Çünki Secure Boot imkanından istifadə etmək üçün gərək UEFİ interfeysdə ƏS çalışsın. Secure Boot sizin bootable GPT partitionlarınızı rootkitlərdən qoruyur. Əlavə olaraq,
Legacy və UEFİ boot arasında əsas aşağıdakı fərqlər mövcuddur:
Legacy boot – BİOS firmvvare tərəfindən istifadə olunan boot prosesidir. Firmvvare özündə quraşdırılmış yaddaş qurğularının (HDD, USB drive, Floppy vəya optic disk) siyahını saxlayır hansı ki, onlardan biri bootable ola bilər. Bu siyahıda cihazların boot olma ardıcıllığını onların prioritetinə ( birincilik ) görə sıralayır ( bunu özümüz boot priority tənzimləmələrindən həyata keçiririk). Kompyuter işə salındıqda (POST prosesi) bu prioritetə görə Legacy ardıcıllıqla qurğuları keçərli MBR tapmaq üçün scan etməyə başlayır. Scan hər hansı bir uyğun MBR tapıldıqda hədəf qurğunun (MBR olan yaddaş qurğusunun) ilk sektorundan oxumağa başlayır. Əgər MBR tapılmasa o zaman sizə ” Please insert system disc xxxx xxx” kimi xəbərdarlıqlar gəlir. Ola bilir ki, bəzən MBR olan sektorlar zədələnir və buna görə ƏS yüklənmir.