Subnet mask niyə 192 təyin etdik?

sonuncu abzasdakı məsələ biraz qaranlıq qaldı mənə. Biz nəyə görə sonluğu 192 verdik? IP-lər arasında bir IP interval saxladıq orası aydındı, ama 192 verdikdə digər 2 şəbəkə necə oldu bir birini gördü?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2106 dəfə


Bu sual IP adresləri: Networks and hosts (IPv4) məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 3 )

  1. Salam,

    Gəlin məsələnin qoyuluşuna bir də nəzər salaq və sonra izah etməyə çalışaq.

    Bizdə hərəsində 50 host olmaqla 3 şəbəkə mövcuddur. Və bizim yalnız istifadə edə biləcəyimiz 192.168.123.0/24 adresi vardır.

    Məqalədən bildiyimiz kimi subnet mask informasiyasında 1-lər şəbəkəni, 0-lar isə host hissəni bildirir. Bizim misalda /24 = 255.255.255.0 = 11111111.11111111.11111111.00000000 Subnet Maskda 8 sıfır olduğu üçün, bu mövcud şəbəkədə host sayı  2^8-2=254 dür. Subnettingin məqsədi isə host hissədə mövcud olan sıfırları “oğurlayaraq” müxtəlif şəbəkələr yaratmaqdır. Bizim misalda hər şəbəkədə 50 host lazımdır və biz subnet maskda, host hissədə neçə sıfır istifadə olunmasını tapmaq lazımdır:

    2^x-2 ≥ 50

    x=6

    Yəni host hissədə 6 sıfır olsa bizə kifayət edər, qalan bitlərin hamısını 1 yaza bilərik. Alınacaq yeni subnet mask bu cür olacaqdır:

    11111111.11111111.11111111.11000000

    Artıq bizim yeni subnet maska əsasən hər şəbəkədə 2^6-2=62 istifadə oluna bilən host vardır. Və biz 2 bit sıfır oğurladığımıza görə 2^2=4 sayda alt şəbəkələr yaratmış olduq. Bu alt şəbəkələri yazaq:

    192.168.123.0/26

    192.168.123.64/26

    192.168.123.128/26

    192.168.123.192/26

    Yəni biz 192.168.123.0/24 şəbəkəsini 4 ayrı hissəyə böldük. Və bu şəbəkələr bir-biri ilə birbaşa yox, yalnız Layer3 səviyyəsində əlaqə saxlaya bilərlər. Misal olaraq:

    1

    Ümid edirəm anlaşıqlı izah edə bildim 🙂

    Uğurlar

    Rizvan

     

     

     

  1. Salam dostlar.
    Bu sual aşağıdakı məqaləyə aiddir.

    IP adresləri: Networks and hosts (IPv4)

    P.S. Tezliklə bu tipli sualların hansı məqaləyə aid olduğunu göstərən funksionallıq əlavə ediləcək.

  2. Salam,

    Gəlin məsələnin qoyuluşuna bir də nəzər salaq və sonra izah etməyə çalışaq.

    Bizdə hərəsində 50 host olmaqla 3 şəbəkə mövcuddur. Və bizim yalnız istifadə edə biləcəyimiz 192.168.123.0/24 adresi vardır.

    Məqalədən bildiyimiz kimi subnet mask informasiyasında 1-lər şəbəkəni, 0-lar isə host hissəni bildirir. Bizim misalda /24 = 255.255.255.0 = 11111111.11111111.11111111.00000000 Subnet Maskda 8 sıfır olduğu üçün, bu mövcud şəbəkədə host sayı  2^8-2=254 dür. Subnettingin məqsədi isə host hissədə mövcud olan sıfırları “oğurlayaraq” müxtəlif şəbəkələr yaratmaqdır. Bizim misalda hər şəbəkədə 50 host lazımdır və biz subnet maskda, host hissədə neçə sıfır istifadə olunmasını tapmaq lazımdır:

    2^x-2 ≥ 50

    x=6

    Yəni host hissədə 6 sıfır olsa bizə kifayət edər, qalan bitlərin hamısını 1 yaza bilərik. Alınacaq yeni subnet mask bu cür olacaqdır:

    11111111.11111111.11111111.11000000

    Artıq bizim yeni subnet maska əsasən hər şəbəkədə 2^6-2=62 istifadə oluna bilən host vardır. Və biz 2 bit sıfır oğurladığımıza görə 2^2=4 sayda alt şəbəkələr yaratmış olduq. Bu alt şəbəkələri yazaq:

    192.168.123.0/26

    192.168.123.64/26

    192.168.123.128/26

    192.168.123.192/26

    Yəni biz 192.168.123.0/24 şəbəkəsini 4 ayrı hissəyə böldük. Və bu şəbəkələr bir-biri ilə birbaşa yox, yalnız Layer3 səviyyəsində əlaqə saxlaya bilərlər. Misal olaraq:

    1

    Ümid edirəm anlaşıqlı izah edə bildim 🙂

    Uğurlar

    Rizvan

     

     

     

    • Rizvan müəllim,təşəkkürlər aydın izaha görə.Mən əslində bu sualı Elvin müəllimin qeyd etdiyi IP adresləri: Networks and hosts (IPv4) məqalənin altında yazmışdım,ama nədənsə ayrı bir sual kimi düşdü =)  haqqında danışdığım abzas isə bu idi: 

      İndi gəlin biz misal üçün, 192.168.123.71 və 192.168.123.133 IP-lərinə nəzər salaq.Əgər biz onlara standard subnet mask(255.255.255.0) versək onda onlar eyni network address-də olacaqlar.Amma əgər biz subnet mask-ı 255.255.255.192 versək onda 192.168.123.71 IP-si 192.168.123.64 şəbəkəsində,192.168.123.133 IP-si isə 192.168.123.128 şəbəkəsində olacaq. Inaniram ki hər biriniz üçün yararlı məqalə olmuşdur.

      dd

       

       

Cavab yazın