Storage Pool və Virtual Disk
Salamlar. Storage Pool və Virtual Disk enterprise səviyyəsində hansı məqsədlər üçün istifadə olunur? Real iş şəraitində üstünlükləri nələrdir? Storage Poolu hardware səviyyəsində əvəz etmək mümkündürmü ? Qurulması haqqında məlumatım var ancaq məqsəd nədir onu anlamadım.
Baxılıb: 2715 dəfə
Cavablar ( 4 )
İlk öncə istəyərdim ki, Storage`lər haqında biraz oxuyun. Storage`lərin nə olduğu bilin.(NAS,SAN,DAS və s.)
Ümumiyyətlə Windows Server`lə gələn Storage Pool, bizim bildiyimiz Storage Avadanlıqlarının (NAS,SAN,DAS və s.) soft üsulu ilə həllidir.
Hansı məqsədlər üçün istifadə olunmasına gəldikdə isə,
məs. əlinizdə 500 GB, 300GB, 100 GB hard diskləriniz var. Siz bunları müxtəlif məqsədlər üçün hər birinin 300GB HardDisk olmasını istəyirsiniz.
Bu HHD`ləri fiziki serverə yerləşdirib, Storage Pool vasitəsi ilə birləşdirirsiniz. Bu disklər birləşərək 900 GB`lıq Pool əmələ gətirir.
Daha sonra isə Storage Pooldan hər biri 300 GB olmaqlar Virtual Disklər düzəldirsiniz(məs: VD_1,VD_2,VD_3)
Məsələn deyək ki, 300GB olacaq sizin Virtual maşınlar üçün, 300GB olacaq file server, 300GB isə özünüz bir şey fikirləşin 😀
Bundan başqa, RAID texnologiyasına yaxın məntiqlə diksləri birləşdirərək, həm dayanıqlıq, performans və s. ala bilərsiniz.
Real iş şəraitində əsasən Storage Avadanlıqları olmayan zamanlarda, çox köməyə çatır. Yəni Windows`un üstündə rahatlıqla Storage qura bilirisniz və bu təbii ki, imknaları avadanlıq səviyyəsində olan storage`dən nisbətən zəifdir.
Salam.Bu haqda qisa yazsam tam anlaşılmaya bilər çünki Storage Pool haqqında geniş məlumat mövcüddur.Mən sizə iki linkdə olan məlumatları oxumağı məsləhət görürəm.Biri Türk dilində digəri isə Rus dilindədi.Orada şəkilli izahlı məlumat ala bilərsiniz.Uğurlar.
http://blog.aboutnetapp.ru/archives/969 — Rus dilində
https://www.cyber-warrior.org/forum/storage-pool-nedir-_507807,1.cwx&get=last —Türk dilində
Təşəkkürlər cavab üçün ancaq mənə konkret olaraq tətbiq olunma sahələri lazimdır. Sturukturasını bilirəm.
İlk öncə istəyərdim ki, Storage`lər haqında biraz oxuyun. Storage`lərin nə olduğu bilin.(NAS,SAN,DAS və s.)
Ümumiyyətlə Windows Server`lə gələn Storage Pool, bizim bildiyimiz Storage Avadanlıqlarının (NAS,SAN,DAS və s.) soft üsulu ilə həllidir.
Hansı məqsədlər üçün istifadə olunmasına gəldikdə isə,
məs. əlinizdə 500 GB, 300GB, 100 GB hard diskləriniz var. Siz bunları müxtəlif məqsədlər üçün hər birinin 300GB HardDisk olmasını istəyirsiniz.
Bu HHD`ləri fiziki serverə yerləşdirib, Storage Pool vasitəsi ilə birləşdirirsiniz. Bu disklər birləşərək 900 GB`lıq Pool əmələ gətirir.
Daha sonra isə Storage Pooldan hər biri 300 GB olmaqlar Virtual Disklər düzəldirsiniz(məs: VD_1,VD_2,VD_3)
Məsələn deyək ki, 300GB olacaq sizin Virtual maşınlar üçün, 300GB olacaq file server, 300GB isə özünüz bir şey fikirləşin 😀
Bundan başqa, RAID texnologiyasına yaxın məntiqlə diksləri birləşdirərək, həm dayanıqlıq, performans və s. ala bilərsiniz.
Real iş şəraitində əsasən Storage Avadanlıqları olmayan zamanlarda, çox köməyə çatır. Yəni Windows`un üstündə rahatlıqla Storage qura bilirisniz və bu təbii ki, imknaları avadanlıq səviyyəsində olan storage`dən nisbətən zəifdir.
Cavabınız üçün təşəkkürlər Turqut bəy. Məsələ artıq mənə aydın oldu.