SQL Server 2008 R2-nin PC-ya yüklənilməsi

Salam. Mən öz  laptopumda   SQL Server  2008 R2  install  etmək  istəyirəm. Lakin ilk  addımdan  bu  səhv  ekrana  çıxır. Zəhmət  olmasa  problemin  aradan  qaldırılmasında  mənə  kömək  edin.

Laptopumun Əməliyyat sistemi –  Windows 8.1 pro -dur

SQL Server Setup failure.

——————————

SQL Server Setup has encountered the following error:

‘.’, hexadecimal value 0x00, is an invalid character. Line 1, position 50..

Untitled

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2368 dəfə

Cavablar ( 2 )

  1. Salam Toğrul bəy.

    İlk öncə qeyd etmək lazımdır ki, aşağıdakı versiyalar Windows 8.1 əməliyyat sistemini dəstəkləmir:

    SQL Server 2008 R2 Datacenter (64-bit) IA64

    SQL Server 2008 R2 Enterprise (64-bit) IA64

    SQL Server 2008 R2 Datacenter (64-bit) x64

    SQL Server 2008 R2 Enterprise (64-bit) x64

    SQL Server 2008 R2 Datacenter (32-bit)

    SQL Server 2008 R2 Enterprise (32-bit)

    SQL Server 2008 R2 Developer (64-bit) IA64

    SQL Server 2008 R2 Web (64-bit) x64

    SQL Server 2008 R2-in bütün qalan versiyalarını Windows 8.1 əməliyyat sisteminə yükləmək olar.

    Yükləməzdən əvvəl .NET Framework 3.5 SP1 aktiv olması məsləhətdir. Windows 8.1 .NET Framework 3.5 SP1 aktivləşdirilməsinin qaydası:

    Installing the .NET Framework 3.5 on Windows 8 or 8.1

    Konkret olaraq çıxan səhv barədə onu deyə bilərəm ki, işlətdiyiniz Windows 8.1 əməliyyat sistemində hansısa proqram təminatı vardır ki, Microsoft SQL Server Data Engine (MSDE,   Microsoft Data Engine və ya Microsoft Desktop Engine) istifadə edir. Control Paneldə proqramların siyahısında belə bir şey varsa onu silmək lazımdır. Həmçinin, bəzi təmizləmə işləri də etmək lazımdır:

    How to manually remove a Microsoft SQL Server 2000 Desktop Engine (MSDE 2000) instance

    • Təşəkkür edirəm Rauf  bəy. Sadəcə olaraq laptopa  digər  istifadəçi  ilə d axil  olandan  sonra  problem həll  olundu. Çox  sağolun

Cavab yazın