Server 2012 və şəbəkə
Salam,
Windows server 2012-də RDP ilə qoşula bilmirəm. Ancaq bundan əvvəl qoşula bilirdim. Lazim olan bölmələrə baxmışam. Firewall söndürüb yoxlamışam. Ancaq nəsə alınmayıb. servislerden stop/start etmişəm.
Əlavə olaraq necə etmək olar ki, bir komputerdən iki fərqli şəbəkəyə çıxış əldə edim. Misal üçün bir local şəbəkədə internet var, o biri locak şəbəkədə isə internet yoxdur. birinin İP, subneti, şluzu ayrı, o birininki tamam fərqli. Lazımdır ki bir LAN kabeldən hər iki şəbəkənin resurslarından istifadə oluna bilsin.
Təcrübələrini bölüşməyinizi xahiş edirəm.
Təşəkkürlər
Baxılıb: 2439 dəfə
Cavablar ( 2 )
Birinci suala cavab vermək biraz çətin olacaq nəyə görə çünki sizin komputer mühitindən xəbərim yoxdu.Siz bunu test mühitində yoxlayırsınız yoxsa realda ? Remote qosulmaq istədiyiniz maşına ping gedir ilk öncə bunu yoxlayın.Ola bilsin eyni şəbəkədə deyillər(ikinci sualiniza istinadən bu nəticəyə gəldim) .İkinci sual üçün isə məncə router lazimdır və ya server üzərindən routing etmək lazimdır.
Salam,
Birinci sual üçün ən azından, verilən xəta`nın şəklini bura yerləşdirin və ya xətada yazılanları eyni ilə bura yazın. Xətaya uyğun həll yolu təklif edək.
İkinci sual üçün isə server üzərindən routing etmək olar. Sadəcə şəbəkəniz barədə daha geniş məlumat versəniz, sizə daha düzgün təkliflər verə bilərik.