sazz modem uzerinden sayt ve ip blok etme
alam. men tp-linkde meselen istenmeyen saytlara ve o adli butun saytlara (meselen video sozune acs/controlda qadaga qoyanda video.az, myvideo.az adli saytlar acilmir. film ve kino sozlerine qadaga qoyanda bu sozlerle bawlayan saytlar acilmir) qadaga qoya bilsem de bunu sazz modemlerinde ede bilmirem. bilginiz varsa oyrede bilersinizmi? 😉
Baxılıb: 3134 dəfə
Cavablar ( 3 )
Salam Elmar bəy.
Zəhmət olmasa, Sazz modeminin modelini və sizdə şirkət infrastrukturunun olub-olmamasını qeyd edin.
Aşağıdakı məhsullardan istifadə edərək internet trafikini nəzarətdə saxlaya bilərsiniz.
Kerio nədir?
Kerio Control ilkin sazlamalar. Lisenziya
PfSense haqqında
PfSense qurulması
PfSense – İlkin tənzimləmələr
Və ya
TMG haqqında bütün məqalələr
Bu məhsullardan istənilən birini şirkətin internet girişi (Default Gateway) edərək, nəzarət edə bilərsiniz. Sazz modelini qeyd etdikdən sonra, həmin modeldə filterləmə olub-olmadığını öyrənib, sizə məlumat verməyə çalışacağıq.
Uğurlar.
Salam. Sazz modemin modelin aydınlaşdırdıq. Hörmətli Sazz işçiləri və istifadəçiləri. Bu modelin interfeysi ilə kim tanışdır?
Model: 4M-CPE4000-Si-1D
Eyni modelin digər ölkədə istifadə olunanını tapdım. Manual faylını bu keçiddə ENDİRİN.
Manualda göründüyü qədərilə (160 səhifə olduğu üçün tam əminliklə deyə bilmirəm.) bir-başa URL filtering və ya saytı bloklama funksiyası yoxdur. Siz yalnız hər hansı bir qurğuya tam internet ötürülməsini dayandıra bilərsiniz.
Siz şəbəkədə URL filtiring-lə nəzarət etmək istəyirsinizsə, BU MƏQALƏYƏ mütləq baxın. 5 ən yaxşı Web filter haqqqında yazılıb. İstənilən birini istifadə edə bilərsiniz. Sadəcə bunu edə bilmək üçün, şəbəkə haqqında anlayışıın olması lazımdır.
Uğurlar.