Şəbəkədə yaranan nasazlıq
Şəbəkədə 1 modem ve 2 switch var. Şəkillərdə goründüyü kimi TP Link switch i Dell ilə əvəz etdiyimdə şəbəkə normal işləyir
photo 1:
–
Modeme yaxın olan switch normal işləyir amma o birində bağlantı olmur.
photo 2:
–
Modemdən daha uzaq olan TP link switch Dell switch ilə əvəz olunub və burda her şey normal işləyir.
Qeyd: Modem resetlənib.modemnən daha uzaq olan switch yenisi (TP link switch başqa model) ilə əvəz edilib.
Sual: Hansı səbəbə görə modemnən uzaqdakı Dell switch işləyir amma TP link işləmir???
Fikirlərinizi gözləyirəm.Hər kəsə təşəkkür….
Baxılıb: 1825 dəfə
Bu sual Notebook optik mouse məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 5 )
Hər iki növ switch unmanaged switchdi və portları auto negatiation moddadı. Normalda çalışması gərəkdi. Ola bilsin yeni əlavə edilən TP link switchlə bağlı problem var. Yeni əlavə etdiyiniz switchi test etmisinizmi? 2 host qoşub həmin switch üzərindən əlaqəni yoxlayın.
Salam,
Hikmət bəyin dediyi kimi, yeni TP-Link switchi sadə şəkildə 2 host qoşub yoxlayın və nəticəni yazın ki,
sizə kömək etməyə çalışaq.
Modemdən daha uzaq olan switchi sualda yazdığım kimi yeni qutusundan çixan TP linklə əvəz etmisəm təəssüf ki isləmir hətta yeni marka tplink switch ilə dəyişdirdim yenə eyni nəticədi. Bizdə köhnədən belədi 2 switch və modem var və istifadəçiləri 2 switchə uyğun bölmüşük. 3 4 gündür ki artıq bu vəziyət yaranıb hər şey qaydasında işləyirdi.2 host qoşub da test etmişəm yəni modemdən bir başa yeni əvəz etdiyim tplink switchə onu da başqa bir komputerə qoşdum işlədi.Amma köhnədən olan modemnən uzaqda olan switchə qoşulan istifadəçilərdə işləmir.dəyəkki kabellerdə problem var onda Dell switch ilə niyə işləsin.Modemə yaxın olan switch hal hazırda işləyir şəbəkədə problem yoxdu
Taryel bəy,
Təsadüfən bu SW-lər arsındakı kabel Straight-Through deyil ?. Ola bilsin Dell Swichi daha ağılldır convertasiya edə bilir. Siz bu kabel başlıqlarını Crossover moda keçirib qurğuları sınaq edə bilərsiniz ?
Salam,
Xahiş edirəm aşağıdakı işləri yerinə yetir məlumat ver nəticəsi barədə
1. Svitçlır arasında bağlantı modemdən keçir ya svitçlər arasında kabel qoşulub
2. svitçləri ayrılıqda qoşanda işləyirmi
3. uzaqda dediyin sviçi yaxina gətirəndə işləyirmi
4. işləməyən svitçə gedən uplink kabeli yoxlamisanmi-
5. uzaqdakı svitçi yaxındakı ilə əvəz edəndə nə oldu nəticəsi
6. işləməyən svitçdə bütün pc və kabelləri ayır 2 pc goş vər statik ip ver test elə nəticəsini qeyd et burada
7. uplink kabel qoşulan portda işıq yanırmı,
8. svitç 1 ilə svitç 2 arasında kabel qoş və hər svitçə bir pc əlavə et statik ip ilə test elə nəticəsini bölüş(əvvəl yanaşı qoy svitçləri test et nəticə müsbət olsa məsafəni dəyiş yəni dediyin uzaq məsafədə goş o svitçləri)
9. Əgər bağlantı svitçlərə bir başa modemdən gedirsə o zaman modemə bir pc statik ip ilə goş və işləməyən svitçədədə bir pc statik ip ilə test elə nəticəsini bölüş
10. əgər svitçlər modem vasitəsilə biri birilə bağlantı varsa o zaman modemi yaxındakı sviçə qoş və o svitçdən digərinə kabel at test elə nəticəni bölüş
yuxarıdakı hər bir sualın altında nəticəni və cavabı qeyd elə xahiş edirəm
Uğurlar