Remote desktop services farm name 2012R2
Salam. Sualım Remote Desktop Services 2012 R2 ilə bağlıdır. Strukturda domain controlleri çıxmaq şərti ilə 4 ədəd server mövcuddur:
– 1 ədəd connection broker
– 2 ədəd session host
– sonuncu server üzərində web access və licensing server yerləşir
Connection brokerdə bu iki server tək bir collectionda toplanmışdır. Məsələ burasındadır ki, dnsdə iki eyni adlı record yaradıb qeyd etdiyim bu iki hostun ip ünvanını yazmaqla load balance-a nail ola bilirəm(yəni dns round robin vasitəsilə). Burda bir problem yoxdur. Ancaq oxuduğum qədərilə NLB, round robin və ya 3-cü bir proqramın köməyi olmadan da connection broker load balance təmin edə bilir. Bunu bilavasitə bu şəkildə müşahidə etdim. Web accessin linkinə girdim, oradan collection-ımla eyni adla rdp-ni yüklədim və bu fayl özü load balance edir və yönləndirmə yükünü paylaşdırır, maraqlısı budur ki, bu faylda ünvan kimi connection brokerin ünvanı qeyd olunub, ancaq sessiya açıldıqda session hostlara bağlandığı görünür. Mən özüm mstsc açıb connection brokerin dns ünvanını qeyd edib bağlanmağa cəhd göstərdikdə isə standart userə təbii olaraq bağlantı icazəsi vermir,administrator isə bağlandıqda connection brokerin özünə birbaşa yönləndirir. Cavab verə bilərsiniz ki, oradan yüklədiyim faylı userlərə yerləşdirib, o da olmayacaq, çünki thin clientlara adress yazmalıyam. Zəhmət olmasa köməklik göstərin round robin olmadan connection brokerin load balance-i necə təmin edim?
Baxılıb: 1019 dəfə