RDP, Terminal Server
Salam dostlar. Bu yaxınlarda iki ədəd kompyuteri adsl internetdən ayıraraq bir fiberoptikaya birləşdirdim. Deməli bundan sonra bir balaca problemlər başlayıb.
Həmin şəbəkədə 2 ədəd computer, bir neçə telefon və 2 ədəd də dvr var. DVRları portlarını yönləndirmişəm normal işləyir. Lakin həmin 2 kompyuter terminal serverə qoşulanda ya atır ya da dona-dona işləyir. Sürət normaldır. 40mb/s down/up..
Hər iki kompyuter eyni terminal serverə qoşulur.
P.S. computerlərin birində belə bir error çıxıb:
Сеанс будет прекращен из-за ошибки шифрования данных. Попробуйте подклучиться заново к удаленному комьпютеру.
Söhbət hansı encryptiondan gedir burda?
Baxılıb: 2484 dəfə
Cavablar ( 6 )
Ömər bəy salam,
Problemin hamaciden ola biləcəyini bilirdim amma təsəvvür etmirdim ki hamci ve terminali biryerde işlədirsiniz. Hamacini işlətməyi məsləhət görmürəm, mənim təcrübəmdə hamaci performans cəhətdən Sizdə olan problemlərin yaşanmasına səbəb olmuşdu. Tövsiyyə edirəm Microsoft VPN e keçin.
Qaldı ki printin gec çıxması, Sizə dəfələrlə əməliyyat sistemi haqda yazdım, bu əsas faktordur. Printer geç çıxması windows 2008 serverin (R2 də daxil olmaqla) problemidir. Belə ki 2012 versiyada easy print artıq remote desktop servisi üzərində inteqrasiya olunmuş şəkilə oldu diyə problem həll oldu. Amma 2008 də bu problemlər yaşanır. Problemi qaldırmaq üçün təcrübəmə görə screw driver proqramını məsləhət görürəm. server versiyasını serrverə, klient versiyasını isə klientə yazın. Çox sadə konfiqurasiyaları edin və problemdən tam azad olun.
Salam,
Bu bir bug dur. Aşağıdaki linkdeki kimi edin.
https://support.microsoft.com/ru-ru/kb/323497
Eger düzəlməsə xahiş edirəm ətraflıməlumat verin. Remote desktop servisini aktiv etmisiniz?Etmisinizlə lisenziyalıdırmı? Əməliyyat sistemi nədir? Klient kompyuterlərin hamısında problem olur?
Salam Elxan bəy.
Əvvəlcədən qeyd edim ki, bu problem hələki 2 eyni şəbəkədə olan computerdə rast gəlinib.
Linkdə göstərildiyi kimi registerə baxdım. Registerdə
HKEY_LOCAL_MACHINESystemCurrentControlSetServicesTermServiceParameters
bölməsində adıçəkilən subkeylər yoxdur.
Lakin eventviewerdə 50 İD ilə TermDD adlı loglar var. Maraqlıdır ki, avqust ayı üçündür bu loqlar. İkinci computer şəbəkəyə 8 avqustda qoşulub.
Eyni tipdə şəbəkəni başqa yerdə istifadə edirəm və orda heç bir problem olmayıb.
Ümumi şəbəkə aşadığakı kimidir:
Bir routerə iki kompyuter, iki dvr qoşulub. Kompyuterlər TerminalServerə qoşulub əməliyyat aparırlar. DVRların 37777, 37778, 80, 34567, 34568, 34569 portları yönləndirilib.
Router Zyxel Keenetic DSL II. p.s. wan portu da var.
Kompyuterlərdən biri şəbəkədə tək olanda belə problemlər yaşanmayıb. İkincini qoşandan sonra başlayıb.
Lisenziyalar barədə bir məlumat verə bilməyəcəm təəssüf ki. Çünki nə userləri nə də serveri mən qaldırmamışam. Serverə ümumi 15-20 arası qoşulma olur kənardan gün ərzində.
Əlavənə qeyd edə bilərəm?
Ok Ömər bəy, aydındır məsələ, çox güman ki problem ikinci şəbəkə kartının driverindəndir. Çalışın driveri başqasıyla əvəzləyin. Bundan başqa aşağıdakı dəyişiklikəri edin
KEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\Tcpip\Parameters bölməsinə
DisableTaskOffload adlı DWORD əlavə edin və dəyərini 1 edin. Serveri restart edin
Əlavə olaraq sizin terminal server çox güman ki aktivləşdirilməyib. Bundan da problem qaynaqlana bilir. Mütləq yoxlayın və aktivləşdirin.
Əgər aşağıdakı şəkildəki konfiqurasiya LAN katınızda varsa onu da edin
Əməliyyat sisteminin versiyası nədir?
Salam dostlar bir daha.
Elxan bəy araşdıranda problemin Hamachi programından olduğunu tapdım. Eventid.net səhəfəsində həmin İD ilə bağlı məlumatlarda yazılmışdı. Yəni artıq RDP atmır.
İkinci problem isə hələ də davam edir. Upload və Dovvnload normal olmasına baxmayaraq connection istədiyimiz səviyyədə deyil. Misal üçün terminal serverdən printerə verilən 1-2 kb-lıq fayl 15-20 saniyə sonra çıxır. Bununla əlaqədar nə edə bilərəm?
Ömər bəy salam,
Problemin hamaciden ola biləcəyini bilirdim amma təsəvvür etmirdim ki hamci ve terminali biryerde işlədirsiniz. Hamacini işlətməyi məsləhət görmürəm, mənim təcrübəmdə hamaci performans cəhətdən Sizdə olan problemlərin yaşanmasına səbəb olmuşdu. Tövsiyyə edirəm Microsoft VPN e keçin.
Qaldı ki printin gec çıxması, Sizə dəfələrlə əməliyyat sistemi haqda yazdım, bu əsas faktordur. Printer geç çıxması windows 2008 serverin (R2 də daxil olmaqla) problemidir. Belə ki 2012 versiyada easy print artıq remote desktop servisi üzərində inteqrasiya olunmuş şəkilə oldu diyə problem həll oldu. Amma 2008 də bu problemlər yaşanır. Problemi qaldırmaq üçün təcrübəmə görə screw driver proqramını məsləhət görürəm. server versiyasını serrverə, klient versiyasını isə klientə yazın. Çox sadə konfiqurasiyaları edin və problemdən tam azad olun.
Çox sağolun müəllim. Hamachidən mənim xəbərim yox idi. Client özü yazıb. Silmək də istəmirdi 🙂
Dediyiniz programı mütləq yoxlayacam. Hələki 2012 serverə keçmə imkanı yoxdur.
Təşəkkür edirəm.