Proqramlaşdırmada ənənəvi yol

Salam. Mən komputer proqramlaşdırması oxuyuram. Ümumi olaraq proqramçıların təhsil həyatına baxanda ilk olaraq HTML, CSS ve.s kimi dillərlə başlayırlar. Mən isə ilk əvvəldən C# ilə başlamışam(HTML bilgim azda olsa var). Web istiqamətində getmirəm. Buna görə də HTML və CSS kimi web dillərini tam şəkildə öyrənmək istəmirəm. Bu proses gələcəkdə mənə necə təsir edə bilər? Yəni, ənənəyə sabit qalmasam gələcəkdə şirkətlərə işə qəbul zamanı hər hansı bir problemlə qarşılaşmaram ki?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2983 dəfə

Cavablar ( 6 )

  1. Salam Ziya bəy. Maraqlı suala görə təşəkkür edirəm!

    Proqramlaşdırma dilinin seçilməsi  yazılacaq proqramın istifadə sahəsindən asılıdır.

    İstifadə sahəsinə görə bütün dilləri aşağıdakı şəkildə bölmək olar:

    Aşağı səviyyəli proqramlaşdırma:

    Drayverlərin və cihazlar üçün digər micro proqramların yazılması – C, Assembler və s.

    (Bu dillərdə yaddaşı kontrol etmək imkanımız var. Internet of Things (IoT) barədə eşitmisiniz yəqin. Bu sahənin inkişafı enerjiyə və yaddaşa qənaət edən milyonlarla cihazlar meydana gələcək. Bunlar həm qənaətcil, həm də ucuz olmalıdır. Bunlar üçün proqramlar yaxın gələcəkdə C dilində yazılacaq).

    WEB proqramlaşdırma

    PHP, Python, Ruby, ASP.Net və s. – skript dilləri

    HTML, CSS və s. – Dizayn

    Biznes proqramlaşdırma

    C#, JAVA, С++

    Mobil proqramlaşdırma:

    JAVA for Android, Swift, Objective-C və s.

    Bunların içərisində HTML və CSS WEB proqramlaşdırmaya aid olan səhifə dizaynı dillərdidir.

    Başlanğıc üçün seçdiyiniz C# biznes proqramlara dili olmaqla yanaşı güclü MVC framework (ASP.NET MVC) və fantastik  IDE, Visual Studio ilə təchiz edilib.

    Suallarınızla bağlı:

    Web istiqamətində getmirəm. Buna görə də HTML və CSS kimi web dillərini tam şəkildə öyrənmək istəmirəm. Bu proses gələcəkdə mənə necə təsir edə bilər? – Bu suala özünüz cavab verdiniz. Web istiqamətində getmədiyiniz üçün HTML və CSS kimi web dillərini tam şəkildə sizə lazım olmayacaq.  Bu proses gələcəkdə mənə necə təsir edə bilər? – Yadınızda saxlayın: Yaxşı proqramçı olmaq üçü tək bir dil bilmək kifayət etmir. Bununla siz öz peşəkar fəaliyyətinizi məhdudlaşdırırsınız. Siz əsas dillə yanaşı kompleks şəklində bunları bilməlisiniz:

    • Biznes prosesləri
    • SQL dilini
    • Skript dillərini
    • NETMVC (C# seçdiyiniz üçün)
    • HTML və CSS

    Yaxşı proqramçı bunları bilməlidir. Çünki bizness inkişaf edir və gələcəkdə Web texnologiyaları üstünlük təşkil edəcək. Məsələn işlədiyiniz layihədə  proqramın Web üzərinə çıxarılması tələbi qoyula bilər. Bu zaman siz nə qədər güclü C# proqramçısı olsanız belə sizi layihədən kənarlaşdıracaqlar.

    1. Yəni, ənənəyə sabit qalmasam gələcəkdə şirkətlərə işə qəbul zamanı hər hansı bir problemlə qarşılaşmaram ki? – Qısa cavab qarşılaşa bilərsiz. Uzun cavab isə əvvəlki sualın cavabında verilib.

    • Salam Rauf bəy.

      Yuxarıda skript dillərində “ASP.NET“-i də qeyd etmisiniz. Ancaq mən bildiyim qədər “ASP.NET” nə skript dilidir, nə də proqramlaşdırma dilir. “ASP.NET” framework-dür.

      • Salam Ceyhun bəy

        Tamamilə doğrudur Ceyhun bəy. ASP.NET bir neçə dili dəstəkləyən WEB proqramlaşdırmada istifadə olunan Frameworkdur.

        “The default language is Visual Basic, but any other language can be declared as the default language for the page by placing a directive at the top of the page”

        Programming Languages in ASP.NET

        Və əlbətdə ki, Open Source. Yeni başlayan tələbələr bilməlidir ki, demək olar ki (bəzi istisnalar olamqla), bütün pullu proqram təminatları, VBIS-ləri, Frameworklar və s. alternativ olan pulsuz Open Source analoqları var.

        Məsələn: Open Source VBİS-lər: SQLite, MySQL, PostgreSQL, MariaDB və s.

        Qeyd etdiyiniz Şəhriyar bəyin məqaləsini də dəstəkləyirəm və tövsiyə edirəm. Yeni başalaynalar üçün əla təlimatdır.

        Təşəkkür edirəm.

  2. Salam Ziya bəy.

    Sizə məsləhət görərdim ki, “Tələbələrin vəziyyəti, təcrübə axtarışı və Open Source haqqında manifest” bu məqaləni oxuyun. Bu məqalədə “ənənəyə sabit qalmayıb nələr etmək olar”, “bunun sizə necə təsiri olar” cavablarını tapa bilərsiz.

  3. Ziya bəy C# istiqamətini seçdiyi üçün bu istiqamətdə təcrübə yığmaq və biliklərini təkmilləşdirmək üçün açıq qaynaqlı layihələr:

    Microsoft şirkətinin açıq qaynaqlı həllər üçün rəsmi hostinq saytı:

    http://www.codeplex.com/

    GitHub -da C# dilində yazılmış açıq qaynaqlı həllər:

    https://github.com/trending/c%23

    C# dilində açıq qaynaqlı həllər:

    https://csharp-source.net/

    Və əlbətdə ki:

    http://up-for-grabs.net/#/tags/C%23

    Uğurlar.

  4. Dəyərli cavablarınıza görə sizə minnətdaram. Əlinizə sağlıq.

Cavab yazın