POP / IMAP emaillər yüklənmir
Salam yoldaşlar.
Sual belədir. İMAP ilə istifadəçini quraşdırıram bütün emaillər sent və inbox görünür. Lakin, POP ilə quraşdırılanda yüklənmirlər. çox az bir hissəsi yüklənir. emaillərin nüsxəsini çıxarmaq istədikdə nə edə bilərəm? ümumiyyətlə burdakı sirr nədir?))
Baxılıb: 2415 dəfə
Cavablar ( 2 )
Salam.
IMAP ilə qoşanda veb maildə olan bütün qovluqları sinxronizasiya edir outlooka. POP3 ilə qoşanda yalnız İnbox-u. Bu da noramal birşeydir, çünkü hər protokolun işləmə prinsipləri fərqlidir.
Əgər POP3 işlətmək şərtdirsə, eyni hesabda həm İMAP, həm də POP3 quraşdırıb İMAP-dan Copy edə bilərsiniz POP hesabına. Və ya İMAP quraşdırıb, Backup alıb, sonra POP hesabına Restore etmək olar.
P.S. Belə bir əməliyyat edəcəksəniz, İMAP-ın bütün məktubları tam Sinxronlaşdırması üçün müəyyən vaxt nəzərdə tutun. Məktublar çox olanda Header-ləri endirməsinə baxmayaraq, əlavələr (Attachment) sonradan arxa fonda yüklənir. Yəni səbr etməsəniz – sonra məktubun adını görəcəksiniz, içindəki faylları yox.
Aşağıda göstərilən məqalədə fərqlər haqqında yazılıb.
E-mail protokollarının (POP3, IMAP, ActiveSync) xüsusiyyətləri və istifadəsi
Əlavə sual olarasa, yazın, aydınlaşdırmağa çalışaq.
Uğurlar.

Təşəkkür edirəm.
İMAP-dən copy etmək istədim bir dəfə lakin nəsə copy etmədi. Təkrar cəhd edərəm.