PC format olur sonra donur
Salam. Sualım belədir. Deməli PC-nı format edirəm 15-20 dəqiqə yaxşı işləyir, sonra başlıyır donmağa lap ölür əməlli başlı. HDD-i çıxardıb başqa kompda yoxlayıram donmadan işləyir. Səbəb nə ola bilər? Bad sectordan ola bilər? Və yaxud deyirlər ki, Blok Pitaniyadan olar dəyişmək lazımdı ( guya lazımı Volt vermir ). Mənə çatmıyan odur ki , BP-ya işləməsə necə komputer işləyə bilər? Ətraflı aydınlıq gətirməyinizi xahiş edirəm.
Baxılıb: 2897 dəfə
Cavablar ( 6 )
Salam.
Problem sadaladığınız səbəblərdən daha çox Bad Sectordan olur, lakin digərləri də eynisinə səbəb ola bilər.
İlk olaraq HDD-ni HDD Regeneratorla yoxlayın, bad sectorları düzəltməyə çalışın. Əgər delaylar və BAD sectorlar tam həll olunmursa, sayı çoxdursa HDD-ni dəyişəsi olacaqsınız. Bu problem ilə şəxsən özüm qarşılaşmışam. Format edib, tam hazır vəziyyətə gətirdiyim bilgisayar müəyyən vaxtdan sonra 15 dıqiqıyı güc bıla ilə açılıb. HDD Check etdikdən sonra, normal işləməyə başlayıb.
Enerji Blokunda (Blok Pitanie) müəyyən hissə işləməsə bilgisayar açılarmı? – Açılar. Sizin halda ehtimal daha çox Bad Sector-dur. Necə işləməyinin səbəbi isə bəsitdir. Sizin BP-dan çıxan naqillər hər biri fərqli detalları enerji ilə təmin edir. Təchizatında problem yaranana naqili tapmaq üçün avadanlığı testerlə (Multimetrlə) bir-bir test etmək, lazımi enerjiləri təmin edib etmədiyini yoxlamaq lazımdır.
Əlavə məlumat üçün bu məqaləni də oxuyun: Anakart və digər qurğuların enerji təchizatı
Göstərilənlərdən əlavə RAM məsələsi də ola bilər. Onu da nəzərdə saxlayın.
Uğurlar.
Elvin bəy ətraflı məlumat üçün təşəkkür edirəm.Bir problem də odur ki , HDD-ni bad sectorun yoxlaya bilmirəm yəni , HDD Regeneratorla yoxlamağa çalışıram ama proqram HDD-ni görmür , MHDD arada görür arada yox səbəb nədir? Nece etməliyəm ki , istədiyim vaxt HDD-nin bad sectorun yoxlaya bilim?
Salam. HDD-nin Sata kabelini də dəyişib yoxlamaq imkanınız varsa, yoxlayın, zəhmət olmasa.
Ümumilikdə problem HDD-nin sıradan çıxdığını göstərir. Hər ehtimala qarşı check disk etməkdə də fayda var.
Uğurlar.
Salam qardaş əgər hdd regenirator HDD görmürsə onda sizin hard diskdə kəskin problem var məncə onu dəyişməyiniz məsləhətdir.
Hdd nin programda görünməməsinin səbəbləri (səbəblər ayrı ayrılıqda və ya iki və üçü birlikdə ola bilər)
1. Hdd də bad sectorların olması
2. sata kabelində və ya ide kabelində problem olması
3. hdd -yə enerjinin düzgün gəlməməsi
4. ana kartda sata və ya ide yuvacığında problem olması
Həll üsulu
Hdd ni başqa komputerə qoşub yoxlamaq əgər başqa komputerdə açılırsa və proqramda rahatlıqla görürsə scan işini başa vuraraq problemin mənbəyini tapmaq olar.
scan nəticəsində bad sector tapılarsa deməli 1. ci bənd aktiv problemdir
2. ci bəndi yoxlamaq üçün kabeli dəyişmək kifayət edir yaxşı olarki kabeli işləyən digər komputerdə yoxlayasız
3. cü bəndi yoxlamaq üçün başqa psu ilə yoxlaya bilərsiz
4. cu bənddə hddni digər kompda yoxlayasınız
“HDD-i çıxardıb başqa kompda yoxlayıram donmadan işləyir” – eger bashqa kompyuterde normal davam edirse onda birce shey guman etmek olar – sata ve ya ide kabel, bashqasi ile evez edin yoxlayin