Password Change error
salam herkese, deməli belə windows server 2012 r2 yüklü domain controller və windows 7 ve 8 den ibarət client pc-lər var ,
windows server üzərində default password policy belədir
invoke-gpupdate -force əmrindən sora client üzerində gpupdate əmrini yerine yetirirəm sora clienti restart edirem, clientdə parolu dəyishmək istədikdə
belə bir error çıxır DC-ni restart edib də yoxladım ama xeyri olmadı…
Baxılıb: 2925 dəfə
Cavablar ( 7 )
Salam, çox anlayışım yoxdur serverlərdən.. Ama mən bilən parolda simvollardan, böyük-kiçik hərflərdən istifadə etməlisən..
default domain polici-ye baxın
Yeni parol neçə simvoldan ibarətdir ?
Bu formada yoxlayin zehmet olmazsa.
Salam, Password Policy`də dəyişiklik etmək istəyirisnizsə bunun üçün, yeni Group Policy yaradıb üstündə dəyişiklik etmək mənasızdır. Çünki, Password Policylər birbaşa “Default Domain Policy” dən götürülür. Password Policy`də dəyişiklik etmək üçün, gərək siz, Defaul Domain Policy üzərində dəyişiklik edəsiniz. Lakin burada çatdırmaq istədiyim bir məqam var ki, əgər siz “Default Domain Policy” üzərində dəyişiklik etsəniz, bu dəyişiklik domaində olan bütün istifadəçilərə tətbiq olunacaq.
Yox əgər siz, müəyyən istifadəçi qrupu üçün fərqli Password Policy tətbiq etmək istəyirsinizsə, bu zaman “Fine Grained Password Policy”dən istifadə edə bilərsiniz. Bu məqalələr sizə kömək edəcək.
http://www.technet.az/2012/09/20/active-directory-uz%C9%99rind%C9%99-fine-grained-password-policy-nin-t%C9%99tbiq-olunmasi/
http://www.technet.az/2012/08/17/password-settings-objects-pso/
Salam. Passwordun policy-də qeyd olunduğu kimi 5 işarədən (rəqəm, böyük və kiçik hərf məqsədəuyğundur) kiçik olmamasına diqqət göstərin. Və policy-nin default domaində və ya hər hansı bir ou-da olub olmamasına nəzarət edin, yəni user-in policy-dən təsir alıb almayacağını yoxlayın.
salam dostlar mən windows server 2012 r2 yeni başlayıram əminəmki tez bir zamanda öyrənə biləcəm çünki uzun müddət şəbəkə üzrə təzrübəm var problemim budurki windows server 2012 r2 yükləyərkən administrator şifrəsi qoymaq istəyirəm hansı şifrələri yazıramsa deyir uyun deyil böyük kiçik hərif rəqəm simovol hər cürə yoxlayıram olmur bunun çözümü nədir?