NVR-Kameralarda donma
Salam. Ofisde 2 ədəd NVR-var. Hər NVR-da 21 ədəd kamera. NVR-larda problem yaranmışdı, servisə göndərdik və NVR-ların proqram təminatı yeniləndi. Proqram teminati yenilenenden sonra Kameralara tek tek baxanda yox lakin hamisina birden baxanda heddinden artiq donur və çox resurs istifadə edir CPU, RAM və s. Səhv etmiremsə bu problem Kameralarin icerisinde çoxunun Çin malı olmağınndan qaynaqlanir. Kameralara IVMS-4200 Proqram vasitesi ile baxilir. Esitdiyime gore IVMS-proqramininin kitay dilinde olan versiyasini yazib istifade etdikde bu donmalar bas vermir. Lakin yoxlamamisam. Buna bir elac varsa xahis edirem komeklik gosterin.
Baxılıb: 3683 dəfə
Cavablar ( 8 )
Salam EmilAliyev siz bu problemi bu cür həll edə bilərsiz İVMS 4200 programini istifidae etdiyiniz kompüterdə çalışın Daxili VİDEO kartla yox xarici video kartlar məsələn NVDİA vasitəsilə run etməyə çalışın həmdə NVDİA və ya ATİ readon olsa settings ayarlarında İVMS 4200 programini əlavə etməyə çalışın və birdə İVMS 4200 lite işlətsə o donmur.
Salam cavab yazdiginiz ucun tesekkur edirem.Lakin bu yollarin hec biri problemi hell etmir.Custrom protocol yaradib yoxlamisam yene de donmalar ve resurs istifadesinin heddinden cox olmasi prosesi davam edir.
Salam. Proqramda kameralara baxarkən Substream və Mainstream Settings-lərinə ( Resolution, Bit rate, Frame rate ) baxmaq lazımdı. Müvəqqəti aşaqi göstəricilər daxil edib yoxlayın.
Donmalar adətən Encoder H.264 nəticəsidir. Onu dəyişin, və Bit Rate type edin CBR, Frame rate edin 25-30, sonra altdakı Bit Rate edin 4096.
Watermark söndürün, əlavə yüklənmə olmasın
Salam Emil bəy.Siz internet explorer üzərindən əvvəlcə baxın bəzən donnma upload-download görədə olur.Əgər internet explorer ilə baxanda donsa internetin sürətinə görə olacağ.İvms 4200 de hamsına yox məs.8 kameraya baxanda olmursa komputernizin zəifliyindəndə ola bilər ki 21-in açanda donur.İvms 4200 hikvison firmasınındı çalışın onun NVR ya hikvision yaxud hiwatch kamerları istifadə edin
Salam bir daha. Problem ötürülən görüntünün həcmi ilə bağlı olmalıdı. Kameraları izləmək üçün istifadə olunan proqramların əksəriyyəti ümumi pəncərədə bütün kameraları Sub stream parametrləri ilə görüntüləyir. Üzərinə klikləyib böyütdükdə isə görüntü Main stream-ə keçir. ( bu halda məlumat yuxarıdakı nümunə şəkildə – Main stream bölməsində olduğu kimi yüksək parametrlərlə ötürülür ). Sub stream parametrləri dəyişdikdə, yəni yüksək olduqda proqramdakı bütün kameralar eyni anda daha keyfiyyətli görüntü ilə göstərməyə başlayır. Nəticədə göndərilən məlumatın həcmi artır. Donmanın bir səbəbi bu ola bilər.
Salam..Bu problem NVR-larin proqram teminati yenilenenden sonra meydana cixir suretde hec bir problem yoxdur..Kameralara lokaldan baxilir.SUB streamlarin da keyfiyyetini en asagi yeni lowest derecesine salmisam fpsi asagi salmisam bit rate-i salmisam yene de resurs cox teleb edir cpu 100-de qalir..artiq helli yolu yalniz daha yuksek parametrli PC yaxud noutbuk istifade etmekdir.