Android üçün ən uyğun qeyd appı hansıdır? (Not defteri, Zametka)
Salam. əvvala dəyərli vaxtınızı mənə sərf etdiyiniz üçün çox sağolun. Etraflı yazmaq üçün biraz çox yaza bilərəm. Keçək əsas suala. Mənim Android telefonumda Not dəftəri proqramı var. Mən yükləməmişəm. Telefonun öz proqramıdır. Bu not dəftərinə mənə lazım olan çoxlu notlar yazmışam amma bu notları Bulutuz ilə göndərmək olmur. Mənə tez lazım olan not dəftərini gec tapıram çünki axtarış funksiyası yoxdur. Bunun kimi bir çox funksiyalar yoxdur. Mən ən uyğun Not dəftəri proqramı lazımdır. Google Play Marketdə bir çox belə proqramlar ola bilər amma bunlardan birmirəm hansını yükləyim ? Hansı mənə uyğundur ? ən yaxşısı hansıdır ? Bunları bilmirəm. Birdəki hal hazırda mənim telefonumun öz proqramı olar not dəftərinə çoxlu notlar yazmışam. əziyyət olsa belə təzə yükləyəcəyim not dəftəri proqramına bir-bir yükləməliyəm. Bunları edəcəm amma mənə əsas lazım olan formatdan sonra geri qaytara bilməyimdir. Yəni sizin məsləhət bildiyiniz proqramı yüklüyüb notlarımı bir-bir kopyalayıb ora yapıştıracam amma bir müddətdən sonra telefonumu mütləq format etməliyəm. Fotmat edəndə də hər şey silinəcək. Proqramlar belə silinəcək. Mənə helə bir proqram lazımdır ki, proqramı özüm bilmədən silsəm və yaxud da format etsəm belə proqramı yenidən yükləyəndə bütün notlarımı geri qaytara bilim. Belə bir not dəftəri proqramı var ? Varsa xayiş edirəm mənə bildirin. Linkin atın. Xayiş edirəm. Mən çox vacib lazımdır. Evvəlcədən təşəkkür edib minətdarlığımı bildirirəm
Baxılıb: 2595 dəfə
Cavablar ( 9 )
Bilən yoxdur ?
Salam. Bununun üçün bir çox tətbiqetmə var hansının yaxşı pis olmağını deyə bilmərəm çünki hərənin fərqli istəyi fərqli baxış tərzi var. Məsləhət görəcəyim isə Evernote.
Evernote pullu proqramdır axi
Salam,
Andoid istifadə edirsizsə deməli google hesabinizda var.
keep.google.com yaxud play marketden keep app endirin telefonunuza və istədiyiniz yerdə yəni istər kompüterdə istərsədə digər smartfonlarda notlarınıza baxmaq imkanınız olacaqdır
Uğurlar
Mənə ən əsas helə bir proqram lazımdır ki, proqramı özüm bilmədən silsəm və yaxud da format
etsəm belə proqramı yenidən yükləyəndə bütün notlarımı
geri qaytara bilim.
Salam siz, Ağa müəllimin dediyi kimi, Google`un “Keep Note” və ya Microsoft`un “OneNote” proqramını istifadə edə bilərsiniz.
“Keep Note” sizin Note`ları “Google Drive”da, OneNote isə “One Drive”da saxlayır. Yəni Cloud`da saxlayır.
Formatdan sonra Keep Note üçün Google hesabınıza girərək və ya One Drive hesabınıza daxil olaraq, formatdan əvvəlki notlarınıza asanlıqla baxa bilərsiniz.
Microsoft`un One Drive`ından isitifadə edərək, həm PC`də həm də Telefonda eyni qeydlərinizin üzərində dəyişiklik (istifadə)edə bilərsiniz.
Bundan başqa EverNote da var ki, bu da OneNote məntiqi kimi işləyir.Həm PC, həm də Telefon.
Google Keep yaxşısı yoxsa One Note ? Hansını məsləhət görürsüz ? En yaxşısı hansıdır ?
Salam, gec cavab yazdığım üçün üzürlü sayın..
Mən “OneNote” deyərdim.
Nə üçün ? OneNote Google Keep nisbeten neyi yaxsidirki ?