Notbukun wifi-yə qoşulması problemi
Salam. Mənim notbukumda əməliyyat sistemi Windows 8.1-dir və son zamanlar bir problemlə üzləşirəm. Belə ki, mən notbuku wifi-yə qoşduğum zaman bir müddət sonra(təxmini 1 saatdan çox) wifi ilə əlaqə kəsilir. İnternet olmasına baxmayaraq, ya heçbir wifi-ni göstərmir, yada ki wifi işarəsi üzərində nida işarəsi çıxır(“Limited” vəziyyətində olur). Driveri yenilədim, lakin yenə də heçbir nəticə əldə etmədim. Xahiş edirəm mənə kömək edəsiniz.
Baxılıb: 3999 dəfə
Cavablar ( 6 )
Salam.
Digər qurğularda da eyni problem müşahidə olunurmu?
Xeyr.Sadəcə mənim notbukumdadır bu problem.
Salam Bu problem mende de bas verirdi.Men Bluetooth driver deaktiv etdim. sonra problem olmadi ele yoxlasan pis olmaz:)
Məlumata görə təşəkkürlər, lakin mənim notbukumda Bluetooth yoxdur.
Başqa nə səbəb ola bilər?
Driver problemi ola biler. Yeniden Driver-i yazib yoxlamaq olar. Bashqa Device ve ya proqramla conflict ola biler.
Təşəkkürlər.