Network Error – yükləmə zamanı kəsilmələr.
Salam yoldaşlar.
Yoldaşlar son bir neçə gündə heçnə yükləyə bilmirəm. yükləmərin bir hissəsində kəsilir. Unknown network error – yazır. Google forumlara baxdım bir tutarlı şey tapmadım. Chrome yenidən yüklədim xeyri olmadı. internet explorer ilə yoxladım onda da eyni problem oldu. Əvvəl belə problem yaşamırdım. Problem yalnız mənim laptopumdadır. Network driveri də yeniləmişəm. Nə edə bilərəm?
Baxılıb: 1635 dəfə
Cavablar ( 7 )
Salam
ƏS əgər Windows 8 və ya 8.1-dirsə, məndə bu problemlə qarşılaşmışam. Antivirus proqramı yükləyəndən sonra belə bir problem ortaya çıxdı. İndi necə həll edəcəyimi bilmirəm. Driver-ləri yenilədim, lakin yenədə eyni problem oldu.Notbuku söndürüb yandırdıqdan sonra internet düzəlirdi.Amma bir müddətdən sonra yenə Error verirdi.
Control Panel-> Internet Properties-> General-> Settings->Caches and Databases bölməsində Allow website caches and databases-i yığışdırdıqdan sonra düzəldi, amma notbukda brovserlərdən istifadə edərkən yadda saxladığım parol və loginlər notbuku söndürdükdən sonra itirdi. Səbəbidə keşləməni durdurmağımdır.
Amma bu problemin başqa yolla həllinin necə olduğu mənimçün də maraqlıdır.
əvvəldən antivirus olub məndə. Sadəcə komoyuteri eyni model i7 və daha çox tutumlu batareyası olana dəyişdikdən sonra oldu. Onda driveri yeniləmişdim. Antivirusa baxdım xüsusi problem göstərmədi. Hətta scan da elədim. Dediyiniz variantı yoxlayacam. Görək problem nə ilə əlaqədardır. Nəticəni qeyd edəcəm.
Bəlkədə bu problem kompüterin hansısa hissəsində dəyişiklik apardıqdan sonra meydana gəlir. Yəni mən Windows sisteminə güvənmirəm.Ona görə belə səhvlərin olması qaçınılmaz ola bilər. Bu səhv ilə başqa bir notbukda da qarşılaşmışdım. Sonra isə mənim kompüterimdə də oldu. Mənim kompüterim də 4GB RAM idi, artırıb 8GB etdim. Ola bilər sistemdə olan dəyişikliklərin təsiri olsun buna da, ona görə mən yenidən format etməyi düşünürəm.
Daha əvvəl mən i5 ilə olan laptopda eynicür etmişdim. Heç bir problem olmayıb. Buna birinci gündən 8gb taxmışam. Ram olmamalıdır problem.
Salam.
A) Həmin problem baş verdikdə ping edə bilirsinizmi hansısa public serveri?
B) ipconfig /all outputuna mümkünsə həmin anda baxın.
İlkin variant olaraq bütün TCP/İP settingsləri resetləməyi yoxlamaq olar:
cmd=>Run as Administrator=>
1) netsh int ip reset reset.txt
2) netsh winsock reset
3) shutdown -r -t 0
Bu tipli problemi bad sectorlu HDD-də rastmıma çıxıb 1 dəfə.Amma o halda timeout deyil yüklənən fayllar (CRC errorlar verirdi)
Salam. Bugün başqa şəbəkədə yükləməni yoxladım. Heç bir problemsiz yükləndi. Görünür problem olduğum yerdəki şəbəkə ilə bağlıdı.
Salam yoldaşlar.
Problem bir ara yaşanmadı lakin yenə baş verdi. Firewall-da deep analyze södnürdükdən sonra problem həll oldu.
Hər birinizə təşəkkürlər.