DHCP (Multiple Subnets)
Salam dostlar,
Belə bir vəziyyət var? Mümkün olub-olmadığını bilmək istəyirəm.
OS : Server 2012 Standart R2
dhcp server yerləşir 10.10.10.0/24 subnetinde
1 super scope – onun icərisində 3 subnet ( scope )
1) 10.10.10.0/24
2) 192.168.10.0/24
3) 192.168.22.0/27
Bütün subnetlər dhcp-serveri görür ( router de routing gedir)
SUAL: Bir network adapterlə hər 3 subnetə ip paylamaq mümkündür? Yoxsa hər subnete ayrı network adapter vacibdir.
Baxılıb: 1411 dəfə
Cavablar ( 1 )
Salam,
Serverin 1 İP sinin olmasi kifayət edir..
Routerde DHCP relay agent qurmalısan ki, ona gələn DHCP sorquları sənin DHCP serverinə yönlədirsin. DHCP server aldığı DHCP sorqulara əsasən hər subnet üçün uyğun ip-ləri verəcək.
Bundan əlavə serverde subinterface-lər (vlanlar) yarada bilərsən və hər subnet üçün VLAN-lara ip verə bilərsən. Subnet-lər direct olaraq serveri görüb İP ala bilərlər.