Mikrofon tanınma problemi
Salam dəyərli forum istifadəçiləri. Sualım mikrofonla bağlıdır. Səsyazmanı daha keyfiyyətli etmək qərarına gəldiyim üçün noutbooka kənardan mikrofon qoşdum lakin onu mikrofon kimi tanımır. Qeyd edim ki, kompüterin mikrofon və qulaqcıq üçün cəmi bir ədəd portu var. Mikrofonun ucundan qaynaqlana biləcəyini əsas götürərək 3d sound card, 1 çıxışı 2 edən perexodnik yoxlamışam ancaq faydası olmayıb.
Normal vaxtı mikrofonu kompüterə taxdıqda recording hissəsində görünməli olduğu halda playback hissəsində qulaqcıq kimi görünür.
Realtek Audio Manager endirib qurdum ondan sonra da mikrofonu taxdıqda daxil edilən qurğunun nə olduğunu seçmək pəncərəsində mikrofon seçimi gəlmir.
Onu da qeyd edim ki, mikrofonu aldığım gündən bu problem davam edir. Zəhmət olmasa köməklik edin ki, mikrofonu sistemə mikrofon kimi tanıda bilim.
Baxılıb: 2622 dəfə
Cavablar ( 7 )
Abid bəy, salam.
Düz başa düşdümsə mikrofon üçün kompüterinizdə xüsusi port yoxdur, düzdürmü? Zəhmət olmasa, Notebookun modelini də qeyd edin, yardım etməyə çalışaq.
Hörmətlə,
Bəli Elvin bəy xüsusi port yoxdur həm mikrofon həm qulaqlıq üçün eyni portdur. Yəni iki deyil bir port var. Notebook və netbookda yoxlayıram nəticə eynidir və hər ikisində bir port var. Notebook -asus x550cl , netbook- asus eee pc 1015px
Abid bəy, mən bir az araşdırdım və məlum oldu ki, siz Realtekin driverlərini Update etsəniz problem həll olunmalıdır. Əgər əməliyyat sistemi yenilənməyibsə, onu da mütləq yeniləyin.
Və ya 2-ci daha rəsmi bir həll yolu –
Asus support yazıb:
“Single audio jack on X555L Series wont support conventional headset plugs with green/pink connectors.
They suggest the use of headsets with 4 plugs.
Or headsets with USB/WiFi connectivity.” – Yəni 4 hissəli connector istifadə etməyi tövsiyyə edirlər.
Güman edirəm ki, məlumatlar problemin həllində yardımçınız olacaq. Uğurlar.
Elvin bəy tam olaraq şəkildə göstərdiyinizdən tapa bilməsəm də şəkildəkini alıb yoxladım ancaq işə yaramadı.
Bir də asus x550cl-də öyrəndiyim üçün server 2012 əməliyyat sistemi(yenilənmələr quraşdırılmışdır) işlədirəm. Bu da səbəb ola bilər bilərmi? Amma əgər dediyiniz kimi ən son yenilənmələr quraşdırılmış klient əməliyyat sistemi yükləsəm düzələcəksə windows-un son versiyalarından birini yükləyim?
Salam.
Sizin istifadə etdiyiniz ilə yoxlamağınız kifayətdir. Demək olar ki, eyni şeydilər.
Mən, sizə əməliyyat sistemini dəyişdikdən sonra düzələcəyi zəmanətini verə bilmərəm, lakin çox inanıram ki, server əməliyyat sistemini dəyişmək həllə doğru bir addım ola bilər. Çünki, bir çox hallarda server əməliyyat sistemində driver fərqliliyindən belə hallar baş verir.
Hər halda əməliyyat sistemini dəyişsəniz yeni driverləri axtarıb yükləməyi və nəticəni bölüşməyi unutmayın.
Uğurlar.
Çox sağolun. Nəticəni rəydə mütləq paylaşacam
Elvin bəy, ən son yenilənmələr də quraşdırılmış olmaqla windows 8.1 əməliyyat sisteminə yenilədim. Ancaq təəssüf ki, işə yaramadı