Microsoft.Jet.OLEDB.4.0 problemi

Salam aleykum dostlar mən Visual Basic 2010 yüklədim projeləri comple edib işə salanda bu şəkildəki səhv gəlir bunu necə həll edə bilərəm?Снимок

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1133 dəfə

Cavablar ( 2 )

  1. Salam Müşfiq bəy.
    Bu problem adətən proqram təminatı yazılan zaman verilənlər bazası qismində Microsoft Access seçilməsi zamanı baş verir. Microsoft Access verilənlər bazasına isə qoşulma Jet OLEDB 4.0 driveri vasitəsilə həyata keçirilir. Həmin Driverin isə yalnız 32 bitlik versiyası mövcuddur.
    Jet Database Engine, Jet OLEDB, Jet ODBC və Jet DAO 64-bit versiyalı driveri mövcud deyildir. Bu haqda Windows məqaləsində oxuya bilərsiniz KB 957570.
    Mövcud olan 32-bit Windows Jet WOW64 sistemi altında çalışır. WOW64 haqqında daha ətraflı məlumat bu qaynaqdan ala bilərsiniz: Running 32-bit Applications
    64-bitlik proqram təminatları 32-bit Jet driver ilə işləmir.
    Sualdan məlum oldu ki, Visual Basic 2010 Rus dilli versiyasını isitfadə edirsiniz. Problemi həll etmək üçün proyekt yaradılan zaman onu x-86 platformasına uyğun təyin etmək lazımdır. Sizin versiyada:
    Проект -> Свойства -> Построение -> Конечная платформа -> x86

    Microsoft 64 bitlik proqram təminatları üçün Microsoft Access seçilməsini məsləhət görmür. Onun əvəzinə Microsoft SQL Server Express Edition və ya Microsoft SQL Server Compact Edition istifadəsi tövsiyə olunur. Həmçinin SQLLite VBİS-dən də istifadə edə bilərsiniz.

  2. ətraflı cavab üçün Təşəkkür edirəm Rauf bəy

Cavab yazın