Microsoft Access-i haradan yükləyə bilərəm?

Salam. Mənə təkçə Microsoft Access proqramı lazımdır. Hardan yükləyə bilərəm pulsuz ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2182 dəfə

Cavablar ( 1 )

    • Araz Ayyubov / . Dərc edilib:A 25/04/2015 at 12:36 Səhər
      Səs: +4. Bəyənilsin Zəifdir

    Salam,

    Microsoft Access proqramı Microsoft Office paketinə daxil olan proqramdır. Pulsuz versiya dedikdə, siz Trial versiya istifadə edə bilərsiniz. 1 aylıq trial müddət bitdikdən sonra isə, proqramı aktivləşdirmək gərəkəcək.

    https://products.office.com/en-us/try

    Office 365 Home Premium paketini illik ödəniş haqqı 80 dollardır. Bu lisenziya ilə Office paketini siz 5 fərqli kompüterə eyni vaxtda quraşdıra bilərsiniz. Bu o deməkdir ki, bir kompüter üçün lisenziya 80/5=16 manat illik. 1 aylıq 1.5 manata yaxın ödəniş tutur. Müqayisə üçün telefon danışığı üçün ayda 10-15 manat, internet adsl xidməti üçün ən az 20-25 manat balans istifadə edirik… Müqayisədən də aydın olur ki, Office paketinin lisenziyası çox ucuzdur. + 1 TB One Drive disk həcmi qazanırsınız.

    Alternativ Açıq qaynaqlı(Open Source – ödəniş tələb etmir, leqaldır) https://www.libreoffice.org/https://www.openoffice.org/ paketlərindən istifadə edə bilərsiniz. Microsoft Office paketinə daxil olan bütün imkanlar bu paketlərdə də var.

    Yuxarıdakı 3 fərqli üsul proqram təminatının leqal yolla əldə olunmasına hesablanıb. Yox əgər pulsuz dedikdə, pirat, oğurluq, crack, patch olunmuş versiyalar nəzərdə tutursunuzsa, o zaman TechNet.Az portalı üzərindən sizə yardım göstərə bilməyəcəyik. Leqal olmayan heç bir şey burada paylaşıla bilməz. Buna görə də tipdə suallar verməmənizi rica edirik.

    “Azərbaycan Respublikasının Müəlliflik Hüququ və Əlaqəli Hüquqlar haqqında qanununa əsasən, lisenziyasız proqram təminatının satışı həmin proqram təminatı istehsalçılarının müəlliflik hüququnu pozur və belə qanun pozuntusuna yer vermiş şəxslər potensial olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb oluna bilərlər.”

    Mövzu bağlanmışdır.

    Hörmətlə

Cavab qəbul edilmir.