Micro SD Card format etmək qaydası

Salam. 32 GB Micro Karta necə fotmat atılır ? Aşağıdakı şəkli googledən yükləmişəm. Karta format atmaq istəyəndə belə bir pəncərə çıxır :

 

format

 

Bu pəncərədə mən nəyi seçib , hara işarə qoyub format etsəm normal format olar. Yəni bir problem çıxmaz. Təşəkkürlər

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 8831 dəfə

Cavablar ( 22 )

  1. Salam.

    Şəkildə göründüyü kimi, fayl sistem tipini (NTFS, FAT və s.) seçirsiniz, quick format işarəli şəkildə start deyirsiniz.

    Fayl sistemləri haqqında məqalələrdən yararlanın.

    1) http://www.technet.az/2014/01/02/s%C9%99rt-disk-v%C9%99-fayl-sisteml%C9%99ri-1-yazi/

    2) http://www.technet.az/2014/01/02/s%C9%99rt-disk-v%C9%99-fayl-sisteml%C9%99ri-2-yazi/

    3) http://www.technet.az/2014/03/31/linuxun-fayl-sisteml%C9%99ri/

    Uğurlar.

  1. Salam.

    Şəkildə göründüyü kimi, fayl sistem tipini (NTFS, FAT və s.) seçirsiniz, quick format işarəli şəkildə start deyirsiniz.

    Fayl sistemləri haqqında məqalələrdən yararlanın.

    1) http://www.technet.az/2014/01/02/s%C9%99rt-disk-v%C9%99-fayl-sisteml%C9%99ri-1-yazi/

    2) http://www.technet.az/2014/01/02/s%C9%99rt-disk-v%C9%99-fayl-sisteml%C9%99ri-2-yazi/

    3) http://www.technet.az/2014/03/31/linuxun-fayl-sisteml%C9%99ri/

    Uğurlar.

    • Mənə ən əsas fayl sistemi lazımdır. Yəni bilmək istəyirəmki mənim kartıma ən uyğun hansıdır. Hansını seçib format etməliyəm ?

  2. İbrahim bəy, NTFS və ya FAT32 seçə bilərsiniz. Fərqlilikləri barədə oxumaq üçün sizə linklər vermişəm, zəhmət olmasa ordan oxuyun.
    Uğurlar.

    • Gördüm. Ətraflı məlumat verdiyiniz üçün çox sağolun. Oxudum amma özümə uyğun tapa bilmədim. Yəni seçimim yoxudur. Mənə ən yaxşısı lazım idi. Oxuduqlarımında çoxsunu başa düşmədim. Sizin anlayışınız varsa siz deyin mənə.

       

      Silicon Power microSDHC 32GB Class10 üçün ən uyğunu hansıdır ?

  3. NTFS olaraq formatlayın, əgər istifadə etdiyiniz avadanlıq dəstəkləməsə (fotoaparat və s.) bir də FAT32 ilə formatlayarsınız.

  4. Heç bir ziyanı yoxdur, ən yaxşısı NTFS-dir.

    • Cox sağolun. NTFS seçəcəm. Sonuncu sualım belədirki. NTFS və FAT32 arasında fərq nədir ? Yəni NTFS nəyə görə FAT32-dən daha yaxşıdır ? Onun nəyi FAT32-dən üstündür. Son olaraq bunu bilmək istərdim. Başqa sualım yoxdu. Bir daha çox sağolun

  5. Bağışdıyın deyəsən çox sual verirəm 🙂

  6. Elvin Mirov

     

    Təşəkkürlər

  7. O suallara cavab tapmaq üçün sizə keçidlər vermişəm, girin oxuyun. 2 cümlə ilə izah oluna bilən deyil.

  8. Sadəcə sizin yazdığınızı tam başa düşmədim. Siz qeye etdiniz ki,

     

    “NTFS olaraq formatlayın, əgər istifadə etdiyiniz avadanlıq dəstəkləməsə (fotoaparat və s.) bir də FAT32 ilə formatlayarsınız.”

     

    Burda başa düşmədiyim şey budurki niyə dəstəkləməsin ? Mən Kartımı NTFS olaraq formatlasam. Misal olaraq Android telefona taxsam siz dediyiniz olsa. Yəni dəstəkləməsə problem yaranacaq kartda ? Nə kompüterdə nə də telefonda heç vaxt açılmayacaq. Yəni kompüter kartı oxuya bilməyəcək ? Yoxsa Kompüterə taxsam format istəyəcək ? Nə problemlər yarana bilər dəstəkləmədiyi halda ?

  9. Elvin Mirov

     

    Format etmek isteyende gordum. “allocation unit size” hansı şeçmeliyem bes ? Xayis edirem komek edin bu karti formatliyib qutarim men

  10. Salam. Bir daha narahat elediyimə görə üzür istiyirəm. Mənim əvvəllər kartla bağlı çox problemlərim olub. Axrıncı problemim isə mənə çox pis zərbə vurdu. Çox pis oldum. Kim mənim yerimdə olsa pis olardı. Çünki 32 GB micro kartım öz-özünə yanmışdı. İçi dolu idi. Nəysə. Olan oldu uje. Bütün yığdığım məlumatlar silindi. Ardıq dərəcədə xayiş edirəm məni indi düzgün başa düşəsiz və mənə kömək edəsiz əgər mümkünsə. Çünki birdə istəmirəm belə problemlərə qarşılaşım. Kartı kompütə taxanda kartı kompüter görmüyə, oxumuya və yaxud da komoüterə taxanda fotmat istəyə və s. Bu problemlərə qarşılaşmaq istəmirəm. Mənə indi düzgün və dəqiq cavab lazımdır. Mənim micro sd kartım :

    Silicon Power microSDHC 32GB Class10

    Təzə almışam. Hələ format etməmişəm. Kartın hal-hazıa xüsusiyyətləri :

    http://imgur.com/F8dB2Qx.jpg

    Sizcə orginaldır ? Göstəriciləri normaldırmı 32GB kart üçün ?

    Format etmək istəyirəm. Fayl Sistemi olaraq NTFS-seçəcəm. Yəqin hamı bunu məsləhət görərdə hə ? Sadəcə NTFS seçdikdən sonra qabağıma “Ayırma vahidinin ölçüsü” çıxdı. Bunu bilmirəm. Mənə dəqiq və düzgün məlumat lazımdı. NTFS fayl sistemini seçdiyim halda “Ayırma vahidinin ölçüsü”-nü nə seçməliyəm. Aşagıdakı gördüyünüz şəkildəki kimi :

    http://imgur.com/jgIR9jV.jpg

    Bunlardan hansını seçməliyəm ? Evvəlcədən təşəkkür edib minətdarlığımı bildirirəm

  11. Noldu ? Xayis edirem komek edin

  12. Salam,

    Allocation unit size-ı dəyişmək sizə lazım deyil. Default olaraq saxlayın, format edin.

    Ümumilikdə bu Hard diski “damalara” bölərkən – hər damanın ölçüsünü təyin edir.

    Şəkilə diqqət edin, və nəzərə alın ki, damanın tamamlanmamış hissəsini başqa rənglə doldurmaq olmaz.

    Allocation unit size

    Artıq aşağıdakı şəkildə niyə görə faylın həcmi ilə Hard dikdə tutduğu yerin fərqli olduğunu başa düşə bilərik.
    windows-size-on-disk1

    Uğurlar.

  13. Siz dediyiniz kimi etdim. NTFS ile format etdim. fotmat ugurla alindi. komputerde açdı. amma android telefonuma taxanda açmadı. telefoun biçimlendirmeyimi isteyir. Niye bele olsu axi.

  14. ?

  15. Xayis edirem komek ederdiz

  16. Niyə kömək edən yoxdu ? Heç kim bilmir ? Xayiş edirəm

  17. Xayiş edirəm bu barədə mənə yardım edəsiniz

Cavab yazın