Member of domain
Salam,
Kompüteri domendən cıxarıb yeni domenə salmaq istəyirəm, lakin aşağdakı şəkillərdə gördüyünüz kimi member of domain – DOMAIN bölümü passivdir. Yəni kompüter domendən çıxsa yeni domenə qoşmaq olmayacaq. Belə bir problemlə qarşılaşan olubsa kömək edə bilər?
Baxılıb: 2811 dəfə
Cavablar ( 8 )
Axşamınız xeyr,
Zəhmət olmasa Powershell-i run as administrator modda açıb aşağdakı əmri icra edin. technet bölmələrinə öz domainizi yazmağınız kifayətdir.
add-computer -DomainName technet.az -Credential technet\administrator
açılan pəncəryə domain paroulun daxil edin zəhmət olmasa. Əgər effektiv olmasa geri dönən error informasiyasını paylaşın zəhəmt olmasa.
Uğurlar
Salam Qardaş,
Siz ilk öncə komputeri WorkGroup’a salın, daha sonra isə yenidən domen`ə salın.
Hal hazırda komputer domaində olduğu üçün, Domain hissəsi passivdir, WorkGroup`a salsanız Domain hissəsi aktiv olacaq.
Qeyd: Komputeri WorkGroup`a qoşmaq üçün, WorkGroup düyməsini aktiv edin, göstərilən xanada istənilən bir şey yazın məs: “WorkGroup1” daha sonra isə OK düyməsini sıxın. Açılan pəncərədə Domain Admin və şifrəsini yazın. Komputeri Restart etdikdən sonra, yenidən domainə sala bilərsiniz.
Salam,
Kompüter domendən çıxdıqdan sonra da Memmber of domain-DOMAIN passiv olur. Diqqet etseniz hətta birinci şəkildə Network ID də passivdir.
Salam. Zəhmət olmasa klient kompüterdə hansı istifadəçi ilə bu əməliyyatı etmək istədiyinizi yoxlayın. Əgər adi istifadəçi ilə logon olmusunuzsa logoff edib təkrarən misal üçün administrators qrupunun bir üzvü ilə logon olun və həmin yerə təkrar daxil olun .
Salam,
Local Users – Administrator daxil olmuşam. Bu (Computer Browser, WorkStation, Netlogon) servisləri aktivləşdirdim lakin bir dəyişiklik olmadı.
Domain administrator ilə yoxlayın zəhmət olmasa
Heç bir ferq olmur.
Axşamınız xeyr,
Zəhmət olmasa Powershell-i run as administrator modda açıb aşağdakı əmri icra edin. technet bölmələrinə öz domainizi yazmağınız kifayətdir.
add-computer -DomainName technet.az -Credential technet\administrator
açılan pəncəryə domain paroulun daxil edin zəhmət olmasa. Əgər effektiv olmasa geri dönən error informasiyasını paylaşın zəhəmt olmasa.
Uğurlar
Salam müəllim, problem lisenziyada idi. Hər şey qaydasına düşdü. Çox sağolun.