MDeamon mail serverin Exchange Server 2010-a miqrasiya edilməsi
Salam,
Zəhmət olmasa MDeamon mail serverin Exchange Server 2010-a miqrasiya edilməsi zamanı riayət olunmalı ardıcıllıq və proseslər haqda məlumat verəsiniz. Əvvəlcədən təşəkkürlər.
Baxılıb: 1818 dəfə
Bu sual İstifadəçi profil redaktoru məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 2 )
Salamlar, MDeamon-dan Exchange Server-ə keçid üçün bir neçə alternativ yol mümkündür. İMAPSync buna misal ola bilər. Lakin tövsiyə edərdim ki, əgər 50-60 istifadəçilik bir infrastruktrunuz varsa yaxşı olar PST export metodundan yararlanasınız. Bunu üçün bir neçə alternativlər var. Misal üçün PST Capture vasitəsilə şəbəkdəki bütün PST-ləri toplayıb, mailləri Exchage 2010 üzərinə daşıya bilərsiniz. Digər ən bəsit yöntəm isə Outlooklardan hər kəsin maillərini özünüz bir-bir export edib yeni Exchange istifadəçini qoşub üzərinə import edə bilərsiniz və yaxud Server üzərindən import edə bilərsiniz. Bir çox hallarda Server üzərindən imoprt edən zaman bəzi maillər tam köçmür.
Microsoft Exchange PST Capture 2.0
Uğurlar
Salam,
Elgüc müəllim, dediyi kimi bəzən import edən zaman xəta verir.
Buna əsas səbəblərdən biri də Exchange Server`in resurs çatışmazlığı olur. Əgər, bu qaydasında olsa, inanıram ki, elə də çox probleminiz olmayacaq, İnşAllah.
Aşağıdakı keçiddə isə addım addım miqrasiya var:
http://www.msexchange.org/articles-tutorials/exchange-server-2007/migration-deployment/moving-mdaemon-exchange-server-2003-2007-part1.html