MAC adres nədir?

Salam bir sual soruşmaq istəyirəm..Mac ünvanı nədir? Niyə görə vacibdir? İp adres ola-ola niyə mac ünvana ehtiyac var?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 15094 dəfə

Cavablar ( 4 )

  1. Salam Azər bəy.

    Bu sual bir az kompleks cavab tələb edir. Maksimum qısa izah etməyə çalışım.

    İP – virtual ünvan, MAC – fiziki ünvandır.

    MAC – hər bir şəbəkə avadanlığı istehsal edilərkən İstehsalçıya IEEE Standart Asossasiyası tərəfindən verilən aralıqdan (range) bir MAC ünvanı təyin edir. Eyni MAC digər avadanlıqlarda istifadə edilə bilməz. Bir növ avtomabillərin qeydiyyat nömrəsi kimi, təsəvvür edin. MAC ünvanların praktikada eyni gəldiyi də olur. Adətən Çin istehsalı DVR tipli avadanlıqlarda eyni MAC  ilə istehsal olunurlar. Yəni MAC-ın təkrarlanmaması ancaq Standartlara hörmətlə yanaşan, özünə hörmət edən şirkətlərdə qorunur. Əgər şəbəkənizdə 2 avadanlığın eyni MAC ünvanı varsa, başınızciddi dərddədir deməkdir. Bunlardan hər hansı biri düzgün işləməyəcək. Çözüm – MAC addresi dəyişdirməkdir. Bu halda proqramla dəyişdirilmiş MAC ünvanı avadanlığın platasında gələn MAC-ı üstələyir. Yəni MAC ünvanı sonradan ehtiyac yaranarsa dəyişmək olar.

    MAC ünvanı tam anlamaq üçün OSİ modeli ilə tanışlıq lazımdır.

    OSİ

    Cədvəldən göründüyü kimi, 2-ci Data Link layerdə ötürmədə MAC ünvanlar istifadə olunur. Bundan bir üst layerdə artıq ötürmə İP səviyyəsindədir.

    OSİ Modeli haqqında məqaləmizi MÜTLƏQ oxuyun – http://www.technet.az/2015/03/07/osi-modelin-layerleri/

    Şəbəkəmütəxəssislərimizdən əlavə  və düzləişləri gözləyirik.

    Uğurlar.

  2. Azər bəy salam,

    Bacardığım qədər qısa, anlaşılır cavab verməyə çalışacağam. Şəbəkədə hostlarda İP adreslə yanaşı MAC adres də mövcuddur. Bunların mövcudluğu və vahid olması, yəni təkrarlanmaması mütləqdir. Bəs niyə bu iki adresin eyni zamanda mövcud olmasına izah verək. İlk öncə OSİ şəbəkə modelinə nəzər salaq:

    7-Application Layer

    6-Presentation Layer

    5-Session Layer

    4-Transport Layer

    3-Network Layer

    2-Data Link layer

    1-Physical Layer

     

    Şəbəkədə məlumat bir hostdan digər hosta ötürülən zaman məlumatı ötürən host OSİ layerlərinin tələblərinə uyğun məlumatı formalaşdırır. Yəni məlumatın şəbəkədə ötürülməsini təmin etmək üçün bizim məlumatımız bu standartlara, tələblərə cavab verməlidir. Məlumatı ötürən host yuxarı 7ci layerdən başlayaraq aşağı doğru əlavə lazımi məlumatları əlavə edir. Daha qısa izah üçün 3cü layerdən aşağını izah edək. 3cü layerdə lazım olan mılumat – mənbə (source) və mənsəb (destination) İP adreslərdir. Daha sonra isə Layer 2də  mənbə (source) və mənsəb (destination) MAC adreslər məlumata əlavə edilir. Bunun səbəbi isə şəbəkədə olan avadanlıqların bir-biri ilə uyğun rahat işləməsinə təminat yaratmaqdır. Yəni məsələn şəbəkədə Switch avadanlığı bir qayda olaraq Layer 2  səviyyəsində işləyir. Yəni Switch  məlumatı qəbul edən zaman ona lazım olan məlumat Layer 2 adreslər – yəni MAC adreslərdir. Switch  həmin məlumatı oxuyur və ona uyğun məlumatları ötürür. Router isə Layer 3 avadanlıq olduğu üçün o Layer 2 həm də Layer 3 məlumatı oxuya bilir, lakin məlumatı ötürən zaman Layer 3 – yəni İP adreslərdən istifadə edir.

    Bacardığım qədər qısa izah etməyə çalışdım. Daha dərin başa düşmək üçün əlavə Şəbəkə modelləri – OSİ və TCP/İP modelləri haqqında oxumağınız məsləhətdir.

     

    Hörmətlə,

    Rizvan Bayramov

    CCIE # 49908

  3. Sadə dildə desək şəbəkə kartının nömrəsi. Şəbəkə kartının tanınması üçün müəyyən bir qurum tərəfindən verilən nömrədir. Məlumatlar paket şəklində ötürüldüyündən həmin bu adress həmin paketə header kimi yazılır (2 ci layerdən keçərkən).Nəyə lazımdır sualına cavab olaraq isə bəzi şəbəkə qurğuları məlumatı mac adresə görə yönləndirir.  (2 ci layerə kimi oxuya bilir).

  4. Kifayət qədər səlis cavablar verilib, mən də ip və mac fərqi və nəyə lazımdıra belə cavab cerirəm ki, MAC eyni şəbəkə daxilində ünvanlama üçün istifadə olunur, ip isə müxtəlif şəbəkələr arasında məlumat ötürülməsi zamanı ünvanlanma üçün istifadə olunur.

Cavab yazın