Lync Server 2013 Mobility Service

Salam dostlar, Lync 2013-də həm daxili, həm də xarici qoşulma üçün mobility servisini qurmaliyam, amma əvvəlcə lab-da sınaqdan keçirmək qərarında gəldim.
Lab üçün ayrıca fiziki server ayırmışam.
Real şəbəkədə gateway TMG-dir. Şəbəkənin network-ü 192.168.1.0-dır.

Lab-da network 10.1.1.0

DC(DNS,CA) – 10.1.1.1 ( virtual adaptor internal)

Exchange 2013 – 10.1.1.2 ( virtual adaptor internal)

Lync 2013 (standard) – 10.1.1.7

TMG – 10.1.1.10 (internal), 192.168.1.92 (external)

Lync mobility servisi üçün DMZ-də Lync Edge server qurulmalıdır. Edge Serverin iki adaptoru (internal, external) olmalıdır. Göründüyü kimi lab-da TMG-ni edge firewall kimi qurmuşam və externalı real daxili şəbəkəmdir. Ona görə də bu topologiyada edge server qura bilmirəm, çünki DMZ yoxdur.

Belə başa düşdüm ki, TMG-də ya 3-leg, ya da back firewall seçməliyəm ki, edge qura bilim.
Nə cür sazlamanı məsləhət görürsüz?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1019 dəfə

Cavablar ( 1 )

  1. TMG-ni dmz olmasa belə istənilən 2 şəbəkə arasında qura bilərsən,

    tmg- nin şərti external interface-inə qoşulma üçün url-ləri yönləndirərsən, digər interface-ini isə lync serverlərinə müraciətlərə istifadə edərsən. TMG daxilində  lync serverə müraciətləri daxili interface-dən route yazmaqla,  external qoşulmanı test edəcəyin hosta rout-u isə external interface-dən yazmaqla  istədiyin mühiti yaradarsan,

    DMZ zonanın xüsusi bir öhtəliyi yoxdur qeyd etdiyin sistemdə, TMG-nin iki interface-inin olması sənin testlərin üçün gərək olan tək şərtdi.

    Lync-in dediyin topologiyada qurulmasında şəbəkə admin kimi iştrak etmişəm.

Cavab yazın