KB 2859537 Update-dən sonra proqramlar açılmır, 0xc0000005 xətasının həlli
Salam dostlar. Yenicə qarşılaşdığım bir problemin həllini sizlərlə paylaşıram.
Deməli, KB2859537 (Yeniləmənin yayımlanma tarixi: Avqust 13, 2013) yükləməsindən sonra kompüterlərin çoxunda (Windows 7 x64) 0xc0000005 xətası ilə qarşılaşırdım. Heç bir proqramı açmaq olmurdu. Həlli KB 2859537 update-ni silmək və kompüteri yenidən başlatmaqdır. Aşağıdakı keçiddə yeniləmənin detalları ilə tanış ola bilərsiniz.
http://support.microsoft.com/kb/2859537
Update silmək üçün CMD-də wusa.exe /uninstall /kb:2859537 əmrindən və ya
İdarəetmə Paneli\Proqramlar\Proqramlar və Xüsusiyyətlər -də Quraşdırılmış Təzələmələri Göstər deyərək əllə silə bilərik.
İngilis dilində olan əməliyyat sistemləri üçün:
Start – > Control Panel -> Programs and Features – > Sol menudan Show Installed Updates uzərinə tıklayın,
Açılan səhifədə update-i tapıb, üzərində sağ düyməni basıb, Uninstall edin.
Uğurlar.


Baxılıb: 2097 dəfə
Cavablar ( 1 )
Göstərilən metodla, daha yeni Update-lərin nömrəsini də qeyd edərək, silmək olar.
Uğurlar.