Karyerada IT təhsilin nəqədər vacibdir?
Salam. Bilirəmki burda IT sahəsində kifayət qədər sözün həqiqi mənasında Azərbaycanda tanınmış IT mütəxəssislər var. Sualım sizlərədir 🙂 Mən özümdə IT sahəsində kifayət qədər karyera qurmuşam. Məni son zamanlar narahat edən bir məsələ var. Sualımın başlığında qeyd etdiyim kimi, Azərbaycanda IT sahəsində IT Ali təhsilin olması nə qədər vacibdir? İşə götürərkən bu amilə nə dərəcədə fikir verilir? Mənim özümün Ali təhsilim başqa sahədədir. Bilmək istərdimki məhz IT sahəsində kifayət qədər biliklərə və sertifikatlara malik olmağım lakin, IT Ali təhsilimin olmaması mənim qarşımda “ciddi” bir əngəl ola bilərmi?
Baxılıb: 9033 dəfə
Cavablar ( 13 )
Salam. Mən İT sahəsini yeni yeni öyrənməyimə baxmayaraq hal-hazırda HR sahəsəsində çalışıram və məhz İşə Qəbul sahəsində də bilavasitə müəyyən müddət işləmişəm. İcazə versəydiz mən də müzakirəyə qoşularaq rəy bildirərdim. İT sahəsində ali təhsil (yalnız diplom yox, məhz ali səviyyədə təhsil) bu gün Azərbaycandakı əmək bazarı üçün çox böyük üstünlükdür. Bu gün İT mütəxəssislərinin cv lərinə baxsaq 90% dən çoxunun İT sahəsi ilə bağlı ali və peşə yönümlü təhsilləri yoxdur. Lakin bu o demək deyil ki, təhsili olmayanı işə götürmürlər, xeyr bu heç də elə deyil, İT lə bağlı təhsili olmayıb, lakin çox gözəl bilik və təcrübəyə malik mütəxəssislər var ki, Azərbyacan arenasında öz sözlərini deyiblər, lakin bu həm də ondan irəli gəlir ki, bu günə qədər Azərbaycanda İT mütəxəssisləri arasında rəqabət yox dərəcəsində olub, yəni şirkətlər seçim edəndə çox sayda mütəxəssis tapa bilmirlər ki, aralarındakı seçimdə də çətinlik çəksinlər. Bundan əlavə İT sahəsində olan beynəlxalq sertifikatlar çox dəyərli olduğu üçün bu gün əmək bazarında ali təhsili olmadan da həmin sertifikatlarla iş tapmaq mümkündür, hətta asandır, çünki həmin sertifikatlara malik mütəxəssis azdı və hər kəsə məlumdur ki, həmin sertifikatları almaq çətin prosedur tələb edir, təbii ki bu tendensiya heç də həmişə belə olmayacaq. Artıq zaman keçdikcə görürük ki, İT sahəsinə olan maraq gəncləri xaricdə və ya Azərbaycanın yüksək nüfuzlu universitetlərində oxumağa həvəsləndirir və artıq bir neçə il bundan qabaq təhsilə başlamış mütəxəssislər təhsillərini başa vuraraq əmək bazarına daxil olurlar, bu da gələcəkdə sağlam və çətin rəqabətə gətirib çıxaracaq. Nümunə olaraq deyə bilərik ki, təxmini eyni təcrübəyə malik 2 mütəxəssis arasında seçim edilərsə təbii ki, bu sahə üzrə ali təhsili olan mütəxəssisə üstünlük veriləcək. Bundan əlavə İT sahəsində rəhbər vəzifələrdə işləyənlərin əksəriyyətində bu sahə üzrə təhsil dərəcəsinin olduğunu görürük, yəni ali təhsil karyerada daha geniş yollar açır. Ən əsası isə İT sahəsi üzrə ali təhsil alan savadlı tələbə təbii ki, hər hansı kursu bitirən və ya özü öyrənən mütəxəssisdən daha dərin biliyə malik olacaq. Eyni zamanda İT sahəsi üzrə ali təhsil almaq bizə digər namizədlər qarşısında çox böyük üstünlük qazandırmış olacaq. Və praktikada da bəzi rəhbər şəxslərin yüksək maaşlı İT mütəxəssis vakansiyası üçün İT sahəsi üzrə ali təhsilin şərt olmasını tələb etdiyinin şahidi olmuşam. Oxuduğunuz üçün təşəkkür edirəm.
Elnur bəy, salam.
İT təhsilin bu günə qədər prioritet olmama səbəblərindən biri, bu sahədə tədrisin kasad olması idi. Razılaşmalıyıq ki, Avtomatlaşdırma və ya kibernetika və s. kimi fakültələri bitirmiş şəxslər heç də günün tələblərini qarşılamırdı. İT sferasını əsasən “self trained” və bu sahədə öz güclərinə nəsə qazananlar idarə edirdi. Bunların içində kifayət qədər bacarıqlılar və “format” etməkdən oyana keçə bilməyənlər də yetişmişdi. Ətrafımızda kifayət qədər İT bakalavr səviyyəsi olmayan, lakin dünya çaplı mütəxəssislər var ki, biz onlardan bəhrələnirik.
Lakin bu məsələnin bir də digər üzü var. Bu gün universitetlərin ən çox tələbat olan fakultələri sırasında İT-nin birincilər sırasındadır. (Əlimdə rəsmi statistika yoxdur, təəsüf ki.) Və bu tendensiya gələcəkdə, sırf İT təhsilinin şərt olmasına gətirib çıxara bilər.
Nəticə olaraq, düşünürəm ki, gələcəkdə İT təhsilin olması bir + dir, lakin əsas şərt səriştədir. Necə deyərlər, “bacarıqlı İ.T mütəxəssis iş axtarmır, onu axtarırlar”.
Uğurlar.
Ətraflı cavabınız üçün çox təşəkkür edirəm. Lakin mən necə deyərlər mənəbir stimul verə biləcək cavabımı almaq istərdim. Belə deyim hazırda öz üzərimdə çox işləyirəm. Və son zamanlar bir məsələ məni narahat edir. Hardan ağlıma keçib bilmirəm. Amma çox ciddi narahatamki, İT təhsilim olmadan istədiyim yerə çata bilmərəm. Məni bu narahat edir.
Müzakirəyə qoşulanların artması üçün, FB səhifəmizdə sualı paylaşmışam. Güman edirəm, daha fərqli yanaşmalar da olacaq.
Təşəkkürlər 🙂
Salam. Mən İT sahəsini yeni yeni öyrənməyimə baxmayaraq hal-hazırda HR sahəsəsində çalışıram və məhz İşə Qəbul sahəsində də bilavasitə müəyyən müddət işləmişəm. İcazə versəydiz mən də müzakirəyə qoşularaq rəy bildirərdim. İT sahəsində ali təhsil (yalnız diplom yox, məhz ali səviyyədə təhsil) bu gün Azərbaycandakı əmək bazarı üçün çox böyük üstünlükdür. Bu gün İT mütəxəssislərinin cv lərinə baxsaq 90% dən çoxunun İT sahəsi ilə bağlı ali və peşə yönümlü təhsilləri yoxdur. Lakin bu o demək deyil ki, təhsili olmayanı işə götürmürlər, xeyr bu heç də elə deyil, İT lə bağlı təhsili olmayıb, lakin çox gözəl bilik və təcrübəyə malik mütəxəssislər var ki, Azərbyacan arenasında öz sözlərini deyiblər, lakin bu həm də ondan irəli gəlir ki, bu günə qədər Azərbaycanda İT mütəxəssisləri arasında rəqabət yox dərəcəsində olub, yəni şirkətlər seçim edəndə çox sayda mütəxəssis tapa bilmirlər ki, aralarındakı seçimdə də çətinlik çəksinlər. Bundan əlavə İT sahəsində olan beynəlxalq sertifikatlar çox dəyərli olduğu üçün bu gün əmək bazarında ali təhsili olmadan da həmin sertifikatlarla iş tapmaq mümkündür, hətta asandır, çünki həmin sertifikatlara malik mütəxəssis azdı və hər kəsə məlumdur ki, həmin sertifikatları almaq çətin prosedur tələb edir, təbii ki bu tendensiya heç də həmişə belə olmayacaq. Artıq zaman keçdikcə görürük ki, İT sahəsinə olan maraq gəncləri xaricdə və ya Azərbaycanın yüksək nüfuzlu universitetlərində oxumağa həvəsləndirir və artıq bir neçə il bundan qabaq təhsilə başlamış mütəxəssislər təhsillərini başa vuraraq əmək bazarına daxil olurlar, bu da gələcəkdə sağlam və çətin rəqabətə gətirib çıxaracaq. Nümunə olaraq deyə bilərik ki, təxmini eyni təcrübəyə malik 2 mütəxəssis arasında seçim edilərsə təbii ki, bu sahə üzrə ali təhsili olan mütəxəssisə üstünlük veriləcək. Bundan əlavə İT sahəsində rəhbər vəzifələrdə işləyənlərin əksəriyyətində bu sahə üzrə təhsil dərəcəsinin olduğunu görürük, yəni ali təhsil karyerada daha geniş yollar açır. Ən əsası isə İT sahəsi üzrə ali təhsil alan savadlı tələbə təbii ki, hər hansı kursu bitirən və ya özü öyrənən mütəxəssisdən daha dərin biliyə malik olacaq. Eyni zamanda İT sahəsi üzrə ali təhsil almaq bizə digər namizədlər qarşısında çox böyük üstünlük qazandırmış olacaq. Və praktikada da bəzi rəhbər şəxslərin yüksək maaşlı İT mütəxəssis vakansiyası üçün İT sahəsi üzrə ali təhsilin şərt olmasını tələb etdiyinin şahidi olmuşam. Oxuduğunuz üçün təşəkkür edirəm.
Sual həqiqətən maraqlıdır.
Mən özüm Maliyyə fakultəsini bitirmişəm. Bizim sahəyə heç bir aidiyyatı olmadığı üçün, akademik fəaliyyətlə məşğul ola bilmirəm. Burda artıq sertifikat və təcrübə rol oynamır. Qanunun tələbi belədir.
Xarici şirkətlərdə, research tələb edən işlərdə müvafiq ali/master təhsil tələb olunur.
Əgər bu tip dərin sahələr deyilsə, təcrübə önə çıxır. Həmçinin, xaric elləri, community fəaliyyətinə önəm verir. Məsələn, public blog, bug report, Github-da open source proyetklərdə iştirak, hər hansı seminar və çıxışlar və.s.
Bu kimi fəaliyyətlər olmadığı müddətcə elə də ciddi münasibət bəslənilmir, düşünülür ki, bu insan yalnız başını salıb aşağı və heç bir iş görməyib.
Bizim ölkədə, hər hansı research fəaliyyəti nəzərə çarpmadığı üçün müvafiq ali təhsillə problem yaşamaq real görünmür.
Mənim fikrimcə hal-hazırda bunun böyük əhəmiyyəti yoxdu. Olduğum interviewlardan misal gətirə bilərəmki məndən bu haqda heçkim soruşmayıb. Sadəcə bacarıqların , nəaliyyətin və portofolio işə götürənlər üçün yetərlidir. Mənə ikinci bir şans verilsə idi hətda univeristetden imtina edərdim bəlkədə.
Ümumiyyətlə müqayisə edərkən eyni bacarığa malik 2 İT mütəxəssisi müqayisə etsək, İT sahəsi üzrə keyfiyyətli ali təhsil alan mütəxəssisin karyera imkanları digərinə nisbətən daha genişdir. Xüsusilə İT sahəsində rəhbər pozisiyalara görə seçim edilərkən bu fakt daha çox qabardılır.
Dövlət qulluğunda çalışmaq istəyənlər üçün diplomun önəmi var əlbətdə.
Bəli dövlət qulluğunda çalışan üçün diplom vacibdir. Lakin bildiyimiz dövlət qulluğunda bir İT mütəxəssis üçün heçdə xoş olmayan maaş var. Onun üçün məhz İT mütəxəssislər əsasən özəl şirkətlərə üstünlük verir. Ama məncə gələcəkdə rəhbər vəzifə üçün lazım ola bilər diplom, ən azından üstünlük kimi yaxşıdır diplomun olması. Buda aydındır. Sadəcə nə qədər üstünlük verilir. Məsələn banklarda mən son zamanlar vakansiyalara baxdıqda demək olarki 80 faizi artıq İT sahəsində təhsil istəyir.
Salam.
Mən 10 nəfər işçisi olan İT Departamentinin Direktoru, ümumiyyətlə diplomsuz oldum. 2 il uğurla idarə etdim. Daha sonra bir təkliflə digər şirkətə getdim. Daha sonra iqtisad fakültəsini qiyabi olaraq bitirdim.
Təhsil, sizin barədə bazarda gözəl rəy verəbiləcək digər mütəxəssislər, sizin biliklə sübut edəcəyiniz sertifikatlarınızdır. Uğurlu layihələrinizdir.
Bir şey deyim. PMP olmaq üçün 200 suallıq imtahan verməlisən, təxmini 600 səhifəlik kitabı demək olar ki əzbərləməlisən. Bu da ən çətin imtahan deyil. Bundan da çətinləri var. Bunun özü elə ali təhsil deyil?
Əlbəttə, İT sahəsində MBA almaq da başqa bir şeydir ))). Siz, İT sahəsində ilərləməyə dəvam edin, ali təhsil bir zəruriyyət olduqda əldə edərsiniz.
Salam,
Men deyerdim ki, ehemiyyeti yoxdu. Bizde her sey sizin ne qeder aciq fikirli insanla qarsilasmanizdan asilidi.
Bizde HR yonumu hele indi-indi bir qeder inkisaf etmeye calisir. Performance/talant ve s kimi qiymetlendirmelerden umuiyyetle anlayislari yoxdu. Konkret misallar uzerine gelsek, bir tanisim cox yaxsi sebeke muhendisidi. Umuiyyetle bakalavr diplomu yoxdu. Hem ozel hem dovlet muesselerinde (hetta eyni vaxta bir necesinde )calisib ve hec bir problem yasamayib. Her sey asilidi sizi sececek insanin aciq dusunceliliyinden. Səxsən mən ele mutexessisi 2 bakalavr İT diplomu olan mutexessise deyismerem. Bu gunlerde Xarici Diller Uni- ni bitirmis dostum Cisco -ya L3 muhendis kimi duzelib.
Xarici bazarda ise 10+ ile C++/Java/Unix/DB tecrubesi ve ciddi biliyi olan mutexessisin harani bitirdiyini umuiyyetle maraqli deyil. Esas bilik ve gorduyun isin keyfiyyetidi. Urey cerrahi olub aparici programci kimi xaricde isleyen bir tanisim da var. Ekser islerin telebatlarina fikir verseniz IT tehsil ve ya uygun sahede is tecrubbesi yazirlar.
Teesuff ki, olkemizde ve qismen olsa da xaricde de bu meselede elaqeler ve tanisliqlar ciddi rol oynayir ve bezen edaletsiz secimler olur. Menim fikrimce veziyyet beledi.
Ugurlar…
Birdə Azərbaycanda xüsusən də dövlət orqanlarında, İT biliyi olan hətta bilə-bilə ki, işə götürmək lazımdı İT diplomu yoxdu (başqa diplomu var). O orqan İt biliyi olan, ancaq İT diplomu olmayan işçini işə götürməkdən sözün əsil mənasında qorxur. Qorxu səbəbi isə Rəhbərlik tərəfindən göndərilən yoxlamanın iş keyfiyyətindən qabaq, işləyən şəxslərin hərbi bileti və İT diplomu ilə araşdırmalar aparmasıdır.
Ona görədə Bəzi şirkətlərdən ( keyfiyyətə dəyər verənlərdən) başqa digər strukturlarda, İT diplomu olan və TQDKda 500 balla İT ilə bağlı fakültəni bitirmiş ancaq HDD nın qısaldılmasının açılışını bilməyən işçilərinən doludur. Buda onun göstəricisidir ki, mən İT diplomum yoxdur ancaq Adını demiyəcəyim bir müəsisədə işini bilməyən işçilərin işini görürəm. SƏBƏB? Əlbəttə ki, məlum məsələdir.
Oxuduğunuz üçün təşəkkürlər!