İtmish Fayllar
Salam hər vaxtınız xeyir mən cut vasitəsilə faylları D diskindən flaşkaya atdım, qovluq flaşkaya köçdü, amma icindəki fayllar köcmədi.
İndi həmin fayllar nə D diskində, nədəki flaşkada qalıb.
File Recovery vasitesilada qaytara bilmədim həmin faylları.
Zəhmət olmasa kömək edəsiz.


Baxılıb: 1197 dəfə
Cavablar ( 1 )
Salam Dostum.
Öncə bir iki xatırlatma edim:
1-) Faylların silinmiş olduğu partition-a yazdığın hər hansı fayl folder, silinmiş faylların qaytarılmasını çətinləşdirir. Başqa bir ifadə ilə qaytarsa da açılmayacaq, fayl zədə görmüş olacaq.
2-) Çox diqqət etməyimiz gərəkən şey isə: Bir partition-dan silinən fayllar eyni partition-a qaytarılmamalıdır. Bu çox edilən səhflərdəndir.
İndi əgər bu iki məsələyə diqqət etmisizsə o zaman xüsusi proqramlardan istifadə etmək olar.
Mən Minitool Power Data Recovery işlədirəm və bəyənirəm.
Bu proqram ilə D diskini Full Scan edib axtardığınızı tapsaz C-yə vəya başqa bir yerə recover edə bilərsiz.