İnternetə Fayllar Yükləmək

Salam. Mən Mega, Google Drive və s. bular kimi driver-lərdən istifadə etmək istəyirəm. Mənə verilən yaddaşı istifadə edib fayllarımı internetdə də qoruyub saxlamaq istiyirəm. Çünki indi mən nə mikro karta nə flash karta nə də ki digər belə bir yaddaş qurğularına etibar etmirəm. Çox problemlər yaşamışam bu qurğulardan istifadə etdiyimə görə. Nəysə sözü uzatmıyım. Keçim əsas suala. Mənim iki kartım var. 2 GB və 32 GB. İki kartımın ikisidə doludu. 2 GB-lıq kartımı istədim Google Driver-ə upload edim. Yəni Google Driver-ə yükləyim. Yüklənməyinə yüklənirdi amma həddinən artıq çox gec. Yüklənmə zamanı nə vaxt qurtaracağınıda göstərirdi. Vaxta baxdım yazılmışdı ki, 7-8 saatdan sonra yüklənmə işi bitəcək. Ona görə də yükləməni dayandırdım. Driver-ə də nə yüklənmişə onların hamısını sildim. Yüklənib başa çatmağını gözləyə biməzdim. Çünki nə kompüterimin gücü catmazdı o vaxta qədər yanlı qalsın. Qızıb atardı ya da nəsə başqa bir şey olardı. Həmçinin kartımda belə olar bilərdi. 2 GB-lıq kartım belə yüklənirsə onda mən 32 GB-lıq necə yükləyəcəm. 32 GB-lıq kartımda 1.79, 2 GB fayllarda var. Xayiş edirəm mənə kömək edin. Mən fayllarımı internet-ə necə tez yükləyə bilərəm. Mega, Google Drive və s. bular kimi dirver-lərə. Cavab gözləyirəm. Xayiş edirəm yardım edin mənə. Bu mənə çox vacib lazımdı. Sağolun

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 3489 dəfə

Cavablar ( 7 )

  1. Salam.

    Elnur bəy, internetə sənədləri yükləyərkən əsas rolu intenetinizin UPLOAD sürəti oynayır. Bu sürət ADSL internetdə maksimum 1 Mbs olduğu üçün fayllar gec yüklənir.

    Həll yolu olaraq Fiberoptik interneti olan İnternet klublardan birində fayllarınızı daha tez yükləyə bilərsiniz.

    Upload sürətini aşağıdakı kimi test edə bilərsiniz.

    http://www.speedtest.net/my-result/5364553415

    Uğurlar.

  1. Salam.

    Elnur bəy, internetə sənədləri yükləyərkən əsas rolu intenetinizin UPLOAD sürəti oynayır. Bu sürət ADSL internetdə maksimum 1 Mbs olduğu üçün fayllar gec yüklənir.

    Həll yolu olaraq Fiberoptik interneti olan İnternet klublardan birində fayllarınızı daha tez yükləyə bilərsiniz.

    Upload sürətini aşağıdakı kimi test edə bilərsiniz.

    http://www.speedtest.net/my-result/5364553415

    Uğurlar.

  2. Salam.

    Hörmətli Elnur bəy əgər ADSl internet istifadə edirsinizsə upload sürətini artıra bilməzsiniz. Bütün ADSL qoşulmalarda default olaraq upload sürəti 1 mbit/s təyin olunub. Fayllarınızı internetə sürətli yükləmək üçün mütləq şəkildə fiber optik internetdən istifadə etməlisiniz.

    Təşəkkür.

  3. Elnur bəy,

    Fiber optik internet dedikdə, qoşulma növü nəzərdə tutulur. Müxtəlif İnternet Providerləri müxtəlif texnologiyalardan istifadə edir. Məsələn Citynet, KATv, AileTv, Aktivol və s. kimi providerlər optik qoşulma ilə daha sürətli internet təqdim edirlər.

     

    Hörmətlə,

    Rizvan Bayramov

  4. Təşəkkürlər hər birinizə

Cavab yazın