HP Laserjet Color printer
Salam, Hp Laserjet 5550 color printeri var.
Bu printerə çap etməyi üçün sənəd göndərdikdə sənədin altında müəyyən aralıqlarla kiçik qara ləkələr olur.
Şəkili yaxınlaşdırıb alt hissəyə diqqətlə baxsanız görərsiniz. Katricləri çıxardıb 1-1 sildim (Ehtiyyac yox idi amma elədim). Plyonka’nı da sildim. 1 sözlə salfetkanın girə biləcəyi hər yeri təmizlədim. Amma həmin problem yenə də var. Necə edim ki, aradan götürülsün bu problem ? Təşəkkürlər.
Baxılıb: 1024 dəfə
Cavablar ( 5 )
Salam. Bu problem çox vaxt barabandan qaynaqlanır. Məsləhət o ola bilər ki, bir printer servisinə göstərəsiniz.
Əvvəlcə bütün sənədləri qara rəngdə çıxardırdı. Elə bil katrici açıb tökmüsən üstünə. Qara katrici çıxardıb əməlli başdı sildim. Amma təkcə bu problem qaldı. Barabanı özüm açıb düzəldə bilərəm ? Yoxsa ancaq və ancaq servis edə bilər ?
Açığı heç vaxt mən özüm dəyişməmişəm, Dəyişə bilən əlbəttə ki dəyişir. Amma məsləhətdir ki dəyişməzdən qabaq servisə göstərəsiniz.
Mən dəyişməyi yox düzəltməyi nəzərdə tuturdum. Çıxartdım üstdən baxdım heçnəyi yoxdu. Üstündəki mürəkkəbləri təmizlədim. İçini açmadan yerinə qoyub diagnostic elədim. Yenə həmin tema. Çox sağolun diqqətinizə görə
İdris bəy, baraban təmir olunmur, müəyyən dövr işlədikdən sonra, onu dəyişməklə, problemləri aradan qaldırmaq olur.
Əgər heç vaxt baraban dəyişməmisinizsə, o zaman katrici servisə aparın, dəyişsinlər. 10-12 manat arası olmalıdır qiyməti.