HP DL 380G4-də Attempting Boot from CD,HDD etc problemi
Salam Hörmətli qrup üzvləri.Sizi narahat etməyimə səbəb daha bir problemimin olmasıdır.ƏS Windows 2003 R2 sistemidir..ƏS boot edəndə Attempting Boot From CD,HDD Səhvi(Oşibkası) verir.Forumlarda bəzi yollar deyilir.Onları yoxlayacam İnşAllah.Sizdən bir məlumat almaq istəyirəm.Server RAİD üzərində qurulub.Mən RAİD silib yenidən qursam Məlumatlar itməz ki?? RAİD-in statusu OK-dir. DELETE edib CREATE etmək istəyirəm. Dəyərli fikirlərinizi gözləyirəm.Öncədən təşəkkürlər..
Baxılıb: 1378 dəfə
Cavablar ( 6 )
Salamlar,
Fizuli bəy Delete edən zaman sizə məlumatın itəcəyi haqqında informasiya verililir. Əgər vacib məlumatlar varsa Raidi qəti şəkildə delete etməyin. Yəni özünüz də qeyd etdyiniz kimi icra etdiyinz əmr Delete əmridir.
Hazırda sistem açılmır həmin serverdə ?. Bəs normal boot diskdən boot edərkən gəlib HDD-ni görür ?
Elgüc m. fikirlərinizə görə çox sağ olun. Bu problemi Acronis ilə image çıxardıb sonra restore etməklə sistemi açmaq olar.Və yaxud da format etməklə də ƏS açılacaqdır.Biz isə buna format etmək istəmirik.Çünki, ORACLE bazası var.Və Bazanın backup-ı çıxmalıdır. Bir sualımda var sizlərə. İmage restore-dan sonra Oracle işləyirmi??
Zəhmət olmasa yaza bilərsiniz . Bu problem hansı əməliyyatdan sonra baş verib ?. Sizin yazdığınız error ya diskləri görmür boot etsin, ya mbr, boot hissədə zədə var, ya biosdan bağlanıb bir sözlə çox səbəb var. Zəhmət olmasa bir az açıqlama versəniz daha yaxşı olacaq, açılmayan bir sistemi clone edib digər yerə kopyalamaq sizə qarant dura bilməz ki, digər serverdə açılacaq.
Problemin nədən yarandığını bilmirəm.İşığın sönüb yanmağından ola bilər..Diskləri görür.Format da etmək olur.HDD nin boot olunması hissəsində həmin erroru göstərir.System və Data diskləri normal görsənir…Məlumatları götürüb format edəcəm deyəsən
Server 2003 diskini sistemə daxil edib, Recovery console modda açıb aşağıdakı əmrləri icra edin.
Bu əməliyyatları sistemi hər hansı bir Live CD vasitəsilə açaraq yerinə yetirmək mümkündür.
Uğurlar
Yekun olaraq məlumat vermək istəyirəm ki, həmin serverdə texniki problem yaranmışdı.Service mərkəzi düzəldəcək.Köməyiniz üçün sağ olun.