HDD görünmür
Salam zəhmət olmasa mənə kömək edin. HP 255 G3 adlı bir yeni alınmış notebook var üstündə windows yazılmayıb ona görədə yazmaq istədim amma install bölümündən sonra HDD bolməsi boş görünür ve heç bir disk yoxdur hemen pəncərədə. nece həll edə bilərəm problemi?
Baxılıb: 1467 dəfə
Cavablar ( 2 )
Salam. Siz notebook-un arxasında HDD-nin olduğu yer var, oranı açın və HDD-ni olduğu yerdən çıxardıb yenidən yerinə taxın. Notebook-un BİOS-una daxil ola bilsəz Default vəziyyətinə qaytarın. Ola bilsin HDD zədəlidir və ya yerinə doğru taxılmayıb. Bəlkə də notebook-a HDD-ni yerləşdirmək unudulub. Əgər bu sahədə təcrübəli deyilsizsə yaxınlıqda bir servisə də göstərə bilərsiz.
Salam. Təklif edirəm ilk öncə Bios-dan security boot bölümünü disable edib yoxlayasınız alınmasa kompyuterin arxasını açıb HDD-nin modelinə uyğun driveri yazib hər hansi bir yaddaş qurğusuna yaddaşa verib oradan tanidin bu da alınmayacağı təqdirdə usb yaddaş qurğusunu boot edib onunla format edib yoxlayasin.