H2testw proqramının nəticələri
Salam. Mən təzə Micro SD Card aldım. Kartımın adı belədir :
Silicon Power 32 GB microSDHC Class100
Hələ format etməmişəm. Xüsusiyyətləri belədir :
Mən bu kartı “H2testw” proqramı ilə Scan elədim. Aşağıdaki gördüyünüz şəkildəki kimi “Weite + Verify” tıklayaraq başladım :
Amma qarşıma belə bir pəncərə çıxdı :
Bilmirəm nədi. OK basdım. Proqram işə düşdü və başladı yoxlamağam. Qurtaranan sonra belə bir nəticə aldım :
Buda digər proqramın nəticəsi :
Artıq dərəcədə xayiş edirəm mənə bildirin görüm bu normaldır. Kart orginaldır yoxsa satxa ? Xayiş edirəm kömək edin
Baxılıb: 2865 dəfə
Cavablar ( 7 )
Salam İbrahim bəy,
TechNet.Az üzərindən micro cardlarla bağlı suallarınızı oxudum və bu barədə nə dərəcədə narahat olduğunuzun fərqinə vardım. Təxmin edirəm ki, çox ciddi və lazımlı informasiyanız var və onları qorumaq, saxlamaq və təhlükəsizliyini təmin etmək istəyirsiniz.
Bunun üçün seçdiyiniz üsul əslində yaxşı üsul deyil. Belə ki, bu günə kimi istehsal edilən heç bir cihaza istehsalçı 100% zəmanət vermir. Çünki insan oğlunun istehsal etdiyi heç bir şey mükəmməl deyil, sadəcə hər versiyada mükəmmələ, daha yaxşıya doğru ciddi cəhdlər edilir.
USB flash disklər, micro cardlara şəxsən mənim güvənim yoxdur. İstehsalçının kimliyindən və malın original olub-olmamasından asılı olmayaraq. Çünki bir neçə dəfə originallığına zərrə qədər şübhə etmədiyim kartların günlərin bir günü yandığının şahidi olmuşam.
Mənim kritik əhəmiyyətli informasiyalarımı bir yox, bir neçə yerdə saxlamağa üstünlük verirəm. Son bir ildə aktiv şəkildə cloud storage istifadəçisiyəm. OneDrive və Google Drive-dan aktiv şəkildə istifadə edirəm və məmnunam. Cloud-a keçdikdən sonra flash disklərim istifadəsiz qalıb. Çünki artıq onlara ehtiyac duymuram. İnformasiyamın təhlükəsizliyinə də narahat olmuram. Çünki adını qeyd etdiyim şirkətlərin cloud texnologiyaları dünyanın 6-7 fərqli yerində qurulmuş ən yüksək texnologiyalara və standartlara cavab verən məlumat mərkəzlərində yerləşir.
Malın original olub-olmadığını sizin göstərdiyiniz tool ilə yoxlamaq olub-olmadığını bilmirəm. Şəkillərdən anladığım o oldu ki, informasiya yazma və oxuma sürətini test edir proqram. Bu isə məhsulun original olub-olmadığını sübut etmək üçün kifayət deyil.
Bu qədər narahatçılıq olduğu halda sizə bu və ya digər carddan istifadəmi tövsiyyə etmirəm. Çünki hətta original cihazlar belə sıradan çıxa bilir.
Ümid edirəm faydalı olar.
Hörmətlə

İndi başa düşdüm. Dəyərli vaxtınızı ayırıb cavab yazdığınız üçün çox sağolun. Təşəkkürlər. Siznən əlaqə saxlamaq istəyirəm. Necə əlaqə saxlaya bilərə bir iş barəsində. Siznə əvvələdə danışmışam
Ibrahim bəy, bu saytın təyinatı budur. Yararlı olduğuna sevindim.
Hər hansı sual ilə bağlı mənimlə tet-a-tet əlaqə saxlamağa lüzum yoxdur. Texniki suallarınızı bu sayt üzərindən verin. Kimin vaxtı olarsa, kimin bildiyi sahə olarsa, o da cavablayacaq. Hər kəslə bir başa yazışmağa başlasaq heç nəyə vaxt çatdırmarıq.
Anlayışınız üçün təşəkkürlər.
Facebookda sizə yazıram cavab yazmırsız. Hamı yox birce dene men muraciyyet etecekdim size.
İbrahim bəy, sizin kimi müraciət edən yüzlərlə insan var. Hər kəslə oturub “çatlaşsaq” şəxsi həyata vaxt qalmaz. Yenə də təkrar edirəm, TechNet.Az kimi əvəz olunmaz, gözəl və rahat sistem, resurs hazırlamışıq ki, ehtiyacı olan insanlar yararlansın. Burda sual vermək imkanı ola-ola siz deyirsiniz ki, yox mən sualımı facebook-da verəcəm?!
Siz sualı burda verib, cavab alanda bu saytın bütün istifadəçiləri o sualı və cavabı görüb faydalanır.
Facebook və s. bənzəri platformalarda tet-a-tet yazışanda sizdən və məndən başqa heç kim görməyəcək. Bunun millətə nə xeyri olacaq?!
Hər kəslə ayrılıqda oturub nəyisə müzakirə edib, kömək edəcəyimə oturb burda sual cavablayıb məqalə paylaşaram.
Biz heç kəsə individual yanaşmırıq. Hər kəs bərabərdir və qayda-qanunlar hər kəs üçün keçərlidir.
Yaxşı. Mən siznən facebookda da yazmışmışam. Sonra çıxdım facebookdan. Siz demişdiniz ki, video çekeceksiniz. VeraCrypt proqramı barədə. Noldu bəs ?
Vaxtım olanda çəkəcəm İbrahim Məmmədov. Vaxtım olanda çəkəndən sonra, baxa biləcəksiniz ancaq. Mövzudan kənarlaşdığınız üçün mövzu bağlanmışdır.
Cavab qəbul edilmir.