Grandstream ilə VoIP
Salam dostlar. Mənim şəbəkəmdə 2 ədəd Grandsteram analog modemi var. Və bir ədədi şəhər ATS-ndə digəri isə inzibati binada yerləşir. ATS-də yerləşən modemin 2 ədəd portuna şəhər nömrəsi qoşulub.Modemlər arasında əlaqə WAN şəbəkə ilə yaradılıb.İndi mən istəyirəmki ATS-dəki modemə qoşulan 2 ədəd şəhər nömrəsini inzibatı binadakı modemlə əldə edim.Bunu necə edim?


Baxılıb: 2251 dəfə
Bu sual Cisco ASA 5510 vpn qoshulmaya icazə məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 8 )
Salam, Modemlə ötürülür yoxsa şəbəkə kabelinin parası ilə ?
Salam Elvin bey. Modemlə ötürülür.
Bunun sizə o avadanlıqla işləyən və ya təcrübəsi olan şəxs kömək edə bilər. Tam olaraq model nədir ?
Salam,
avadanligin modelini gosterin zehmet olmasa
2 ədəd avadanlıqdır. 1 Grandstream 4008 digəri isə 4108.
Mən artıq əlaqəni qurmuşam.Amma bir problem qalırki ATS-də olan avadanlığa daxil olan Şəhərlərarası nömrə şirkətimizdə olan modemin iki nömrə 1 portunda işləyir. Yəni Bir modemin 2 ayrı portuna qoşulmuş nömrə digər bir modemin 2 ayrı portunda işləməlidir. Nömrələrin heç biri ilə əlaqəsi olmamalıdır. Nömrələrin ikisinədə zəng edəndə o biri modemin 1 portunda zənglərə cavab vermək olur. Amma mən istəyirəm hər nömrənin ayrı ayrı portu olsun.Təşəkür edirəm
salam. http://www.grandstream.com/products/gxw_series/general/documents/gxw_wp_extending_analog_lines.pdf Ümid edirəm bu kömək edər. sadəcə ATS-də olan FXO gatevayin portunu inzibati binadakı FXS portuna map eləmək lazımdı. O halda hər iki nömrə bir-biribə qarışmadan işləməlidi. Bir sualım var. İnzibati binada hər hansı İP Telefoniya qurulubmu?
Salam Salman bəy. Xeyr inzibati binada İP telefoniya qurulmayıb.
Mən MAP etdim nese alinmadi.MAP-in necə edilmə qaydasini eger bilirsinizse zəhmət olmasa basha salardiniz. Təşəkür edirəm diqqətinizə görə