GFI webmonitor(Forefront TMG)

Salam aleykum. Bugünlərdə belə bir problemlə qarşılaşmışam. Deməli Məndə TMG işləyir.2010 versiya. Proxy olaraq. Category filtering(URL filtering) hər şey okeydi.

İstədim ki, bunun üzərinə bir dənə GFİ əlavə edim monitoring üçün. GFİ 2009 install elədim. GFİ-ı açıram, qarşıma belə xətalar çıxır.
Forumlarda araşdırdım, bir iki variant etdim, alınmadı. Belə bir problemlə qarşılaşam olubsa xahiş edirəm köməkçi olsun.
Qeyd edim ki, əvvəllər 2010 versiya lisenziyalı olaraq bu serverin üzərində çalışıb. Lisenziya bitdikdən sonra silinib.
Sistemlə o qədər də dərindən maraqlanmadığım üçün belə problemlər qarşıma çıxanda açiz qalıram. Şəbəkənin troubleshootu daha rahatdı məncə:)
Untitled Untitled2

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1812 dəfə


Bu sual No certificate templates could be found məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 5 )

  1. Salamlar,

    Zəhmət olmasa Lisenziya bölməsinə keçid edib, ordakı məlumatları paylaşa bilərsiniz? . Çünki üst bölmədə xidmətin inactive görsənməsi bu məsələnə çağrışdırır ki, bəzi proqramların vaxtı bitəndə eyni sistemə yenidən qurduğumuz zaman bu tip xətalar verir.

     

  2. Salam. GFIWebMonitor səhv eləmirəmsə 2 cürdür. Biri sərbəst digəri isə TMG (İSA) ilə birlikdə işləyir. Sizdə hansidir ? Bir də ki məndə də bu problem olmuşdu. GFİ lisenziya problemi olanda da belə xəta cixir. Siz GFİ ni lisenziyalaşdirmisiz ? (və ya crack)

  3. Cavablarınız üçün təşəkkür edirəm. Elgüc bəy, Lisenziya bölməsində license status və digər bölmələrin qarşısı boşdu. Əvvəlcə mən açarsız yüklədim ki, trial olsun, amma yenə heç bir effekt vermədi. Sonradan bir neçə açardan istifadə elədim, yenə eyni nəticə. Siz dediyiniz kimi, ola bilsin üzərində köhnədən lisenziyası bitmiş GFİ olub deyə bu xətanı göstərir.
    Vahid bəy, bəli, 2 cürdür. Mən TMG serverin üzərinə yüklədiyim üçün TMG(İSA) versiyasını yükləmişəm. Amma alınmır :).

  4. Mən sizin vəziyyətdən belə başa düşürəm və ehtimal edirəm ki, bu elə lisenziya ilə bağlı problemdir. Seriyanı qəbul etmədiyi üçün xidmət aktivləşmir. Əmin olmaq istəyrisinzə başqa bir virtual maşında TMG üzərində bir ədəd Trial GFİ qurub sınaq edin.

    Hörmətlə,

  5. Trial-ın işləməmə səbəbini bilmək istəyirdim və məlum oldu ki, əvvəlcədən bu şansı istifadə etmişəm deyə daha edə bilmirəm. Təşəkkürlər!

Cavab yazın